Şrift:
Tanınmış milli-mədəni fəal Abbas Lisaninin “Özgürlük harayı” adlı kitabı işıq üzü görüb
14.04.2018 [11:17] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Tanınmış azərbaycanlı milli-mədəni fəal Abbas Lisaninin seçilmiş əsərləri “Özgürlük harayı” adlı kitabda nəşr olunub.



Bundan əvvəl PDF şəklində virtual aləm, xüsusi ilə də sosial şəbəkələrdə yayılan dəyərli əsər, bu dəfə azərbaycanlı fəallar tərəfindən çap edilərək işıq üzü görüb.



400 səhifəlik kitabda A.Lisaniyə aid məqalə, şeir, müsahibə, çıxış, məhkəmələrdəki müdafiə mətnləri, həbsxanadan yazılan məktublar və s. kimi əsərlər öz əksini tapıb.



Bir qrup milli-mədəni fəalın səyi nəticəsində hazırlanan “Özgürlük harayı” kitabı, öncül milli mübarizlərin tanıtdırılması uğrunda atılan ilk addımdır. Ümid olunur ki, bu əsər Azərbaycan gənclərinin maariflənməsində, onları əsl mübariz insanların ideyası ilə tanış etməkdə böyük rol oynayacaq.



Ərdəbil şəhəri sakini A.Lisani maarifçiliyin, vətənpərvərliyin və azadlıq ideyalarının təbliği uğrunda yorulmaz bir mübarizdir. O Azərbaycan türk millətinin milli və demokratik hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə uzun illər İran rejiminin zindanlarında məhbus həyatı yaşayıb, rejimin bir çox təzyiqlərinə məruz qalıb.

PDF:
BURADAN YÜKLƏYİN
Bu xəbər oxucular tərəfindən 690 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed