Şrift:
MHP növbədənkənar seçkilərdə Ərdoğanı dəstəkləyəcək
19.04.2018 [10:09] - Xəbərlər, Siyasət
Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Bağçalı növbədənkənar prezident seçkilərində hazırkı prezident Rəcəb Tayyib Ərdoğanın namizədliyini dəstəkləyəcəyini bəyan edib.
Bu barədə D.Bağçalı özünün “Twitter” səhifəsində yazıb.
“Namizədimiz hörmətli Rəcəb Tayyib Ərdoğandır”, D.Bağçalı qeyd edib.
Qeyd edək ki, iyunun 24-də Türkiyədə növbədənkənar prezident və parlament seçkiləri keçiriləcək. Ölkədə seçkiləri keçirilməsinə dair təkliflə Dövlət Baxçalı çıxış edib.
Bu xəbər oxucular tərəfindən 512 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed