Şrift:
Türkiyə hərbçiləri Suriyada ABŞ-la birlikdə hərəkət edəcəklər
28.04.2018 [10:33] - Gündəm, Hərb
Türkiyə hərbçiləri Suriyada ABŞ-la birlikdə hərəkət edəcəklər.

Bu barədə ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

Məlumata görə, Türkiyənin xarici siyasət idarəsinin başçısı bu açıqlamanı NATO-nun mənzil-qərargahında ABŞ-ın dövlət katibi Mayk Pompeo ilə görüşündən sonra verib.

O, qeyd edib ki, qoşunlar xüsusən Manbicə birlikdə daxil olacaqlar.

Bundan əlavə, Pompeo Türkiyənin Rusiyadan "C-400" zenit-raket sistemləri alması qərarı ilə bağlı narahatlığını ifadə edib. "Ona bildirdik ki, bu sistemlər bizə lazımdır", - deyə Çavuşoğlu bəyan edib.
Bu xəbər oxucular tərəfindən 382 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed