30.04.2018 [10:44] - Gündəm
Hazırda yaşadığımız dövrdə insanların iş yükü əvvəlki dövrlərə nisbətən daha çox və fərqlidir.
Artan iş tempi isə insanlarda fiziki problemlərlə yanaşı psixoloji narahatlıqlara da yol açır.
Hər birimiz şahid olmuşuq ki, ətrafımızdakı iş yoldaşlarımızdan bəziləri “Artıq tükənmişəm, heç işləyə bilmirəm. Bu işdən zövq ala bilmirəm…”, – kimi şikayətlər edirlər. Xüsusən də yay mövsümündə. Həmçinin onlarda səbəbsiz yerə əsəbilik, duyğusallıq, özünə inamsızlıq kimi psixoloji məqamlar da müşahidə edilir.
Hətta mediada da məşhur aktrisaların, modellərin öz işlərindən, belə deyək, təngə gələrək ayrılmaları barədə xəbərlər vaxtaşırı olaraq yer alır. Mütəxəssislər isə bütün bu əlamətləri tükənmişlik sindromu adlandırırlar.
Məlumat üçün bildirək ki, bu sindrom zamanı ən çox rastlanan şikayətlər unutqanlıq, diqqət əskikliyi, öyrənmə, əzbərləmə çətinlikləri, beyində ağırlıq hissi, biganəlik, dözümsüzlük və tez əsəbiləşməkdir.
Ümumdünya Sağlamlıq Təşkilatı isə hazırladığı hesabatda tükənmişlik sindromunu çox işləməklə bağlı ortaya çıxan həddindən artıq duyğusal yorğunluq və bunun nəticəsində iş və öhdəliklərin yerinə yetirilməməsi kimi dəyərləndirib.
Tükənmişlik sindromunu depressiya ilə qarışdırmayın
Bəs depressiya ilə tükənmişlik sindromunun fərqi varmı? Bu, bir xəstəlikdirmi? Ümumiyyətlə tükənmişlik adlandırılan bu sindromdan yaxa qurtarmaq mümkündürmü? Ailem.az mövzu ilə bağlı psixoloq Orxan Orucun fikirlərini öyrənib. Psixoloq deyib ki, tükənmişlik sindromu, başqa sözlə “burn out” və ya yanma sindromu 5 ildən artıq eyni işdə işləyən insanların 70%-dən çoxunda rast gəlinə biləcək psixoloji vəziyyətdir. Əsas əlamətləri depressiya ilə oxşar olsa da, depressiyadan fərqli olaraq tükənmişlik sindromu sırf iş həyatı ilə bağlı ümidlərin tükənməsi, motivasiyanın aşağı düşməsi ilə əlaqədar yaranır: “Yəni insanın normal həyatı davam edir, şəxsi həyatında münasibətləri qaydasında olur, həyatdan zövq ala bilir, amma iş mühitində bu göstəriciləri aşağı düşür”. (sağlamolun)

Bu xəbər oxucular tərəfindən 518 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |