Şrift:
Erməni qəsbkarlarına Vətən andım olubdu
17.05.2018 [11:05] - Gündəm, DAVAMın yazıları
*********************
Bəd küləklər bəd əssə,
Yol da-riz də kəsilsə,
Vətən qurban diləsə,
Biri mənəm,biri kim?
Müəllif
"""""""""""
Mən bu yurdun,bu torpağın oğluyam,
Bir dad məni,gör nə dadım olubdu?
Saf ilqarım,məhəbbətim,saf eşqim,
Şərəfim-şöhrətim,adım olubdu!
Anam doğub,can versə də canından,
Balam,deyib,qan versə də qanından,
Gözüm açıb,ilk gördüyüm anımdan
Məkkəm bilib,Vətən andım olubdu!
Yaşamışam min illərdi,mən mətin,
Ağ üzümə yardı tərim,zəhmətim,
Məclislərdə sazım,sözüm-söhbərim,
Meydanda qılıncım,atım olubdu!
Min tor sərib,min-bir tələ qur da ki,
Yolum olan yolu kəsib,dur da ki,
Nə edərsən,yağı,mən Bozqurda ki,
Zəncirqıran bir inadım olubdu!
Bir dağam ki,qarsız olmaz zirvəsi,
Bir bağam ki,solmaz gülü,həvəsi,
Mən Oğuz nəvəsi,Qorqud nəvəsi,
Yerlər evim,göylər çatım olubdu!
Qəvi yağı,nə zalımlıq,qatılıq?
Bu el-oba,bu yurd olmaz satılıq,
Məzahirəm, bir BÜTÖVLÜK,AZADLIQ
Doğulandan mur-muradım olubdu!


Məzahir İsgəndər
Bu xəbər oxucular tərəfindən 739 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed