Şrift:
Vaşinqton Azərbaycana silah satışını “məhdudlaşdırıb”
02.07.2012 [14:06] - Gündəm
Bir qrup ermənipərəst konqresmenin çağırışından sonra ABŞ (Amerika Birləşmiş Ştatları) administrasiyası Azərbaycana silah satmaq fikrindən daşınıb.

Bu barədə xəbər Amerika Erməni Milli Komitəsinin (ANCA) məlumatına istinadən yayılıb.

Amerika silahı ilə Azərbaycanın təchiz olunmasına etiraz edən konqresmen Howard Berman bununla bağlı narahatlığını Mayın 29-da dövlət katibinə göndərdiyi məktubda ifadə edib.

Hillari Klintona ünvanlanmış həmin məktubda Azərbaycana satılacaq silahların həmsərhəd Ermənistana qarşı istifadə oluna biləcəyi vurğulanılır.

Məktubda söhbətin məhz hansı silahdan getdiyi açıqlanmır. Hərçənd ki, Amerika Erməni Milli Komitəsinin veb səhifəsində DDTC 12-002 adlı helikopter müşahidə avadanlığından (təchizat) bəhs olunur.

İyunun 29-da daxil olan cavab məktubda Dövlət Departamenti Azərbaycanın adının silah alan ölkələr siyasından çıxarıldığı bildirib.

Bu məlumatı BBC Azərbaycancaya Howard Bermanın ofisindən təsdiqləyiblər.

Hərçənd ki, Azərbaycanın siyahıdan nə vaxt çıxarılmasını dəqiqləşdirmək mümkün olmayıb.

"Azadlığın dəstəklənməsi aktı"na 907-ci düzəliş Azərbaycan və Ermənistana hücum xarakterli (mahiyyətli) silahların satışını yasaqlayır.

Bir çox ABŞ eksperti Azərbaycanın adının konqresdə təsdiqlənəcək silah idxal edən ölkələrin siyahısına düşməsinin qeyri-adi olduğunu deyir.

Rəsmi Bakı bu məlumatlara hələ münasibət bildirməyib.
Bu xəbər oxucular tərəfindən 1151 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed