Şrift:
Məşhur gitaraçı: Bakıda dinləyiciləri maraqlı çıxışlarımızla sevindirə biləcəyik (MÜSAHİBƏ)
19.05.2018 [10:15] - Mədəniyyət, Müsahibə
Beynəlxalq Muğam Mərkəzində 4-8 iyun tarixində Premier Art Management prodüser agentliyi və Mədəniyyət Nazirliyi ilə birlikdə təşkil olunan yeni caz layihəsi Baku Summer Jazz Days təqdim olunacaq.

Baku Summer Jazz Days proqramına fərqli caz üslublarda ifa edən müxtəlif ölkələrin musiqiçilərinin iştirakı ilə beş konsert daxildir. Bakının Yay Caz günləririn açılışının ərəfəsində oxuyucuları festivalın iştirakçıları ilə tanış edən maraqlı məlumatlar təqdim olunacaq. Bugün sizlərə artıq Bakının dinləyicilərinə keçmiş ilin konsertindən yadda qalan türk qonaqlarımızdan bəhs edəcəyik. Focan & Bıyıkoğlu Organic Expeditions layihəsi – atəşli konsert, hansında həm müəllif bəstələr, həm caz ustadlarının ölməz hitləri ifa olunacaq.

Festivalın təşkilatçısı Premier Art management məşhur gitaraçı, layihə rəhbəri Önder Focana suallar ilə müraciət edib.

- Bu sizin Bakıya ilk gəlişiniz deyil. Keçən yay, bizim dəvətimizlə siz paytaxtımızda çox maraqlı bir layihə təqdim etmişdiniz.

- İlk öncə bizi yenidən dəvət etdiyiniz üçün çox minnətdaram. Bəli, keçən ilin Funkbook layihəsi çox enerji ilə dolu bir layihədir və Bakının dinləyicilərindən də biz həmçinin belə də cavab reaksiyası gözləyirdik və gözləntilərimiz tamamilə doğruldu. Ümidvaram ki, bu ildə də həmçinin dinləyiciləri maraqlı çıxışlarımızla sevindirə biləcəyik.

- Focan & Bıyıkoğlu Organic Expeditions layihəsi necə əmələ gəldi?

-Mən bir caz gitaristi kimi organ Hammond ifaçıları ilə işləməyi çox sevirəm. Onlarla birlikdə çox çalışıb, albomlar yazmışıq. Kaan Bıyıkoğlu Türkiyənin ən güclü pianoçularından biridir. Biz birlikdə tez tez müxtəlif qruplarda ifa edirik. O da həmçinin organda ifa etdiyini, Hollandiyada təhsil aldığını deyəndə, biz onunla və barabançı Ekin Cengizkan ilə birlikdə trio yaratdıq. Belə bir formatda biz müxtəlif bəstələrdən olan repertuarı ifa etməyə başladıq. Daha sonra bizə tenor saksofonçu qatıldı Anıl Şallıel və belə bir layihə əmələ gəldi, hansını ki biz böyük məmnuniyyətlə Bakıda təqdim edəcəyik.

-Siz çoxsaylı məşhur ifaçılarla bir səhnədə çıxış etmisiniz. Hansı görüş sizin üçün ən yaddaqalan olub və niyə?

-Bu düzdür, mən çox istedadlı musiqiçilərlə bir səhnəni bölüşmüşəm. Cem-seyşnları saymasaq, mən Ted Curson, Scott Hamilton, Slide Hampton, Joe La Barbera kimi nəhəng musiqiçilərlə ifa edib albomlar yazmışam. Hər birinin yeri ayrıdır. Unudulmaz birgə çıxışlarımız həmçinin Al Foster, Bill Watrous, Benny Golson, Roberta Gambarini ilə olub.

- Bakının hansı artist və musiqiçiləri ilə birlikdə çıxış etmək istərdiniz?

- Rain Sultanov, Salman Qəmbərov, Ruslan Hüseynov, Elvin Bəşirov, Elçin Şirinov. Elçin Şirinov istesna olmaqla, bütün saydığım ifaçılarla mənə ifa etmək qismət olub, Qəmbərov Salman və Hüseynov Ruslan ilə isə biz İstanbul caz Festivalında birlikdə çıxış etmişdik. Çox layiqli musiqiçilərdilər. Hamısı ilə yenidən görüşüb çıxış etmək çox istərdim.

-Bu il Baku Summer Jazz Days üçün necə bir proqram hazırlamısınız?

-Organik Expeditions repertuarı, Kaan Bıyıkoğlu ilə improvizasiyalarımız və bundan əlavə Jimmy Smith, Kenny Burrell, Pat Metheny kimi əfsanələrin əsərlərindən ibarət olan bəstələr. Bizim kompozisiyalarımız çox enerjilidir, bəziləri fank və qruv üslubundadır.

- Bakı sizin üçün nə deməkdir? Bakıda görmək istədiyiniz, lakin hələ görə bilmədiyiniz məkanlar varmı?

-Bakı çox müasir və gözəl şəhərdir, və eyni zamanda qədim bir tarixə və mədəniyyətə malikdir. Bu səbəbdəndə bakılılar mədəniyyət və incəsənətə böyük maraq bəsləyirlər. İlk gəlişimizdə təəssüf ki çox gəzə bilmədik, lakin bu səfər Bakının gözəl görməli yerlərini və xüsusən də muzeyləri çox ziyarət etmək istərdim.

Baku Summer Jazz Days festivalına biletləri Bakının bütün kassalarından və online www.iticket.az saytından sifariş etmək olar.
Bu xəbər oxucular tərəfindən 148 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed