Şrift:
Avropa Birliyi prezidenti Herman van Rompeyin Cənubi Qafqaz bölgəsinə səfəri başlayır
03.07.2012 [11:26] - Gündəm
Herman van Rompey bu gün İrəvana gələcək. AB prezidentinin səfər proqramına prezident Serj Sərkisyan, parlamentin spikeri Xovik Abramyanla görüş daxildir. Herman van Rompey daha sonra Ermənistan parlamentində çıxış edəcək.

Ermənistandan sonra Gürcüstana səfər edəcək AB prezidenti Gürcüstanın dövlət başçısı Mixail Saakaşvili və parlamentin sədri David Bakradze ilə görüşəcək.

Herman van Rompeyin Azərbaycana iyulun 5-də gəlməsi nəzərdə tutulur. AB prezidentinin səfər proqramına prezident İlham Əliyev, parlamentin spikeri Oqtay Əsədovla görüşlər daxildir. Bakıya səfəri çərçivəsində Herman van Rompey Azərbaycan Dillər Universitetinin müəllim-tələbə heyəti qarşısında çıxış edəcək, ona universitetin fəxri doktoru adı təqdim olunacaq.

AB prezidentinin ölkəmizə səfəri zamanı Azərbaycan-Avropa Birliyi münasibətləri, ikitərəfli əməkdaşlığın inkişafı, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələləri müzakirə olunacaq.
Bu xəbər oxucular tərəfindən 1001 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed