Şrift:
İranın Hörmüz boğazında yarada biləcəyi təxribatlara qarşı tədbirlər alınıb
03.07.2012 [12:26] - Güney Azərbaycan xəbərləri
İran neftinə qoyulan sanksiya Qərarının qüvvəyə minməsindən sonra İranın Hörmüz boğazında hərbi təxribat törədə biləcəyi ilə bağlı tədbirlər alınıb.Kütləvi informasiya vasitələrinin yaydığı məlumata görə, Mümkün təxribatların qarşısını almaq üçün ABŞ (Amerika Birləşmiş Ştatları), AB (Avropa Birliyi) və körfəz ölkələri hazırlıqlara başlayıblar. Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri ordularını artıq döyüş hazırlığı vəziyyətinə gətirib. ABŞ Silahlı Qüvvələri Mərkəzi Qərargahının Bəhreyndə yerləşən beşinci donanmasına da xüsusi tapşırıq verilib.Əsas təhlükə kimi İranın körfəzdəki neft platformalarına, terminallara, neft kəmərlərinə və tankerlərə zərbə endirə biləcəyi nəzərdən keçirilir.
Bu xəbər oxucular tərəfindən 1374 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed