Şrift:
Gürcüstanda İran şirkətinin ərazisində xlor sızması nəticəsində 56 nəfər zəhərlənib
04.07.2012 [11:26] - Gündəm
Tiflis ətrafında Lilo deyilən ərazidə İran şirkətinin yerləşdiyi ərazidə xlor sızması nəticəsində 56 nəfər zəhərlənib.şirkətin yaxınlığında yerləşən evlərdə yaşayan bu sakinlər Tiflisin İaşvili adına xəstəxanasına yerləşdirilib. Zərər çəkənlərin arasında hamilə qadın və 4 uşaq var. Hazırda xlor saxlanıldığı 800 litr tutumlu çən şəhərdən kənara aparılıb. Hadisə yerinə polis və digər xidmət strukturları cəlb edilib. Tiflisin İsani-Samqori administrasiyasının başçısı Temur Qriqalaşvilinin məlumatına görə, xlor sızan ərazidə hava normaya uyğundur. Heç bir təlaşa səbəb yoxdur.
Məlumata görə, hadisə yerinə Gürcüstan prezidenti Mixail Saakaşvili və səhiyyə naziri Zurab Çiaberaşvili də baş çəkiblər.
Həkimlərin dediyinə görə, zəhərlənən sakinlərin səhhəti qənaətbəxşdir. Onların sağlamlığı üçün bütün tibbi xidmət göstərilir. Hazırda hadisə yerində fövqəladə xidmət strukturları sızmanı tamamilə aradan qaldırmaq üçün müxtəlif tədbirlər həyata keçirirlər.
Bu xəbər oxucular tərəfindən 1018 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed