Şrift:
Gəncə hadisələrinə görə daha 7 nəfər tutuldu
16.07.2018 [10:12] - Gündəm, Hadisə
İyulun 10-da Gəncə şəhərində törədilmiş cinayətlərlə bağlı daha 7 nəfər, o cümlədən axtarışda olan İbrahimov Samir Ramiz oğlu həbs edilib.
Hüquq mühafizə orqanlarından bildirilib ki, 10 iyul hadisələrinə görə ümumilikdə 22 nəfər həbs edilib. Bir nəfər ötən gecə saatlarında Azərbaycan-Gürcüstan sərhədini Qazax rayonu ərazisindən keçmək istəyərkən saxlanılıb.

Eyni zamanda, məlumata görə, iyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin həyatına sui-qəsdlə bağlı ümumilikdə 13 nəfər həbs edilib. 8 nəfər barəsində isə axtarış elan olunub.

Əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Bu xəbər oxucular tərəfindən 488 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed