Şrift:
Azərbaycanlı fəal Salar Əfşari azadlığa buraxılıb
16.07.2018 [10:22] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Azərbaycanlı yeniyetmə milli-mədəni fəal Salar Əfşari Urmiyə zindanından müvəqqəti olaraq sərbəst buraxılıb.

17 yaşlı fəal 8 gün saxlandıqdan sonra iyulun 15-də 500 milyon riallıq mülki vəsiqə qarşılığında azad edilib.

Fəala qarşı irəli sürülən ittihamla bağlı dəqiq məlumat yoxdur.

Xəbər verdiyimiz kimi, təhlükəsizlik qüvvələri iyulun 14-də məhkəmə hökmü təqdim etmədən Salar Əfşarinin ata evinə hücum çəkib, evdə axtarış aparıblar. Axtarış zamanı fəala aid bir çox şəxsi əşya, o cümlədən mobil telefonu, ləptop və bir neçə kitab məmurlar tərəfindən götürülüb.

S.Əfşari iyulun 7-də Azərbaycanın tarixi milli qəhrəmanı Babək Xürrəmdinin doğum gününün ildönümündə şokolad payladığı üçün təhlükəsizlik qüvvələri tərəfindən Urmiyədə saxlanmışdır.

İranın təhlükəsizlik qüvvələri iyulun 5-i və 6-da keçirilən ənənəvi Babək qalası yürüşünə bir neçə gün qalmış milli-mədəni fəalların ev və ya iş yerlərinə hücum çəkərək çox sayda fəalı saxlayıb. Bir neçə fəal isə qalaya gedərkən və ya qalada keçirilən mərasim zamanı tutulub. Ümimilikdə Babək qalası yürüşü ilə əlaqədar təxminən 80 nəfər təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Onların əksəriyyəti yaxalanarkən və saxlandıqları müddətdə işgəncə edilib.

Ötən günlərdə fəalların əksəriyyəti ağır mülki vəsiqə qarşılığında müvəqqəti olaraq sərbəst buraxılıb.

N.S
Bu xəbər oxucular tərəfindən 441 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed