Şrift:
Yaponiyada 5,4 bal gücündə zəlzələ olub
31.07.2018 [14:24] - Gündəm, Hadisə
Yaponiyanın mərkəzi adası olan Hönşünün şimal-şərqində 5,4 bal gücündə zəlzələ baş verib.

NHK telekanalı xəbər verir ki, yeraltı təkanlar 2011-ci ildə atom qəzasının baş verdiyi “Fukusima-1” atom elektrik stansiyasında da hiss olunub.

Yaponiya Meteorologiya Agentliyinin məlumatına əsasən, zəlzələnin episentri Fukuşima prefekturasının sahillərində, ocağı 20 kilometr dərinlikdə yerləşib.

Zəlzələ paytaxt Tokioda hiss olunmayıb, sunami təhlükəsi elan edilməyib. Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir.

Vüqar Ağayev
Bu xəbər oxucular tərəfindən 454 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed