Şrift:
Fəxriyyə Xələfovanın kolleksiyası Astanada nümayiş olunub
09.07.2012 [10:46] - Xəbərlər, Mədəniyyət
Azərbaycanlı dizayner Fəxriyyə Xələfovanın "Xalq motivləri" seriyasından olan kolleksiyası Astanada "Paytaxt günləri" çərçivəsində "Türk gözəli" sərgisində nümayiş olunub. Bu barədə Trend-in xüsusi müxbiri Qazaxıstan paytaxtından xəbər verir.
Sərgidə Özbəkistan, Qazaxıstan, Türkmənistan və Azərbaycandan olan aparıcı modelyerlər iştirak ediblər.
Sərgi Astanada "Qazax eli" abidəsinin yanındakı əsas meydanda keçirilib.
"Bu, möhtəşəm şou idi", - Xələfova öz təəssüratlarını bölüşür.
Azərbaycanlı dizayner Astanaya heyran qalıb.
"Sizin gözəl, müasir şəhəriniz var. Bu şəhərin xüsusi enerjisi var! Şəhərinizdə olarkən anladım ki, qazaxıstanlılar çox fəal və hər şeyə maraq göstərən insanlardır", - o bildirib.
Xələfovanın sözlərinə görə, o, Astanaya gəlmək və "Paytaxt günləri" münasibətilə keçirilən tədbirlərdə iştirak etmək barədə təklifi bayramın Təşkilat Komitəsindən alıb. Qazaxıstanla tanışlıq yeni layihələr üçün onu daha da ilhamlandırıb.
Bu xəbər oxucular tərəfindən 1710 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed