Şrift:
Şinzo Abe hökumətini dəstəkləyənlərin və ondan narazı olanların sayı bərabərləşib
08.08.2018 [09:32] - Xəbərlər, Sosial
Yaponiyada NHK telekanalının ictimai rəyin örənilməsi məqsədilə keçirdiyi sorğunun nəticələrinə görə, Şinzo Abe hökumətini dəstəkləyənlərin və ondan narazı olanların sayı eyni səviyyədə - 41 faiz olub.

Sorğu 18 yaşdan yuxarı 2162 nəfər arasında aparılıb. Onların 1205 nəfəri və ya 56 faizi sualları cavablandırmağa razılıq verib.

Sorğunun nəticələrinə görə, kabineti dəstəkləyənlər ötən ayla müqayisədə üç bənd azalıb, narazı olanlar isə iki bənd artıb. Kabineti dəstəkləyənlərin yarısı bəyan edib ki, bu hökumət digər alternativlərdən yaxşıdır. Respondentlərin 17 fazi bildirib ki, bu kabinet öz siyasətini həyata keçirə bilir, 12 faiz isə qeyd edib ki, həmin kabinet onların dəstəklədiyi siyasi partiyalardan təşkil olunub.

Kabinetdən narazı olanların 42 fazi Ş.Abe hökumətinə etibar etmədiklərini bildirib. Həmçinin 28 faiz qeyd edib ki, onun siyasətinə heç bir ümid bağlamır. Narazıların 10 faizi digər kabinetin daha yaxşı işləyə biləcəyini qeyd edib.

Vüqar Ağayev
Bu xəbər oxucular tərəfindən 446 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed