Şrift:
İran neftini yeni üsulla bazara çıxarmaq istəyir
10.07.2012 [11:27] - Güney Azərbaycan xəbərləri
Avropa Birliyinə üzv dövlətlərin İran neftindən imtina kampaniyasına başlaması İslam Respublikasını əlavə üsullara əl atmağa məcbur edib. İran informasiya vasitələrinin yaydığı məlumata görə, Tehran hakimiyyəti Avropa neft şirkətlərinə “qara qızıl” çatdırmaq üçün özəl konsorsiumlarla razılığa gəlib.
İran neft-qaz və neft-kimya məhsulları ixracatı birliyinin başçısı Həsən Xosrovcerdi bildirib ki, bu yolla İslam Respublikası gündə 400 mindən 500 min barelədək neft ixrac etməyə imkan qazanacaq. Onun sözlərinə görə, bu ixracatın böyük hissəsi Avropa ölkələrinə tədarük ediləcək: “Bu konsorsiumla İran ixrac etdiyi neftin beşdə birini satacaq. Bu anlaşmada İran Mərkəzi Bankı, Neft Nazirliyi, eləcə də neft-qaz və neft-kimya məhsulları assosiasiyası da iştirak edir”.
Yerli müşahidəçilərin fikrincə, Tehran hakimiyyəti həmin konsorsiuma ölkə neftini daha ucuz sata bilər. Çünki oğurluq bir qayda olaraq, ucuz satılır. Bundan başqa, düşdüyü vəziyyətdən çıxmaqdan ötrü İran rəhbərliyinin qaçaqmalçılıq yolu ilə də neftini “qara bazara” çıxarmağa cəhd edəcəyi də ehtimal olunur.
Xatırladaq ki, hakimiyyət hələ bu konsorsiumun adını açıqlamayıb.
Bu xəbər oxucular tərəfindən 877 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed