Şrift:
İranda işsizlərin sayının 10 milyon nəfərdən çox olduğunu bildirilir
11.07.2012 [12:49] - Güney Azərbaycan xəbərləri
Güney Azərbaycan vilayətlərində işsizlik səviyyəsinin daha artıq olduğu, lakin statistikada bunun əks etdirilmədiyi deyilir.

İran parlamentinin keçmiş üzvü Daryuş Qənbəri İranda işsizlərin sayının 10 milyon nəfərdən çox olduğunu elan edib. Xəbər İranın rəsmi informasiya mənbələri tərəfindən yayılıb.

İran dövləti elan edib ki, İranda işsizlik səviyyəsi təxminən 10.4 faiz təşkil edir. Lakin keçmiş millət vəkili üzvü bunu qəbul etməyərək,“Eco News”-a bunları bildirib: “Statistika Mərkəzinin göstəricilərinə əsasən, İranda işsizlərin sayı 2 milyon 800 min nəfərdir, amma mənim fikrimcə, bu, doğru ola bilməz.”

O, əsgərlər və tələbələrin işsiz kimi götürülməli olduğunu, lakin dövlətin onları işlə təmin edilmiş təbəqə kimi göstərdiyini deyir. Digər tərəfdən, o, işsizlik səviyyəsinin qadınlar arasında daha çox olduğunu bildirir. “İran dövləti işsizlik səviyyəsini az göstərmək üçün həftədə 1-2 saat işləyənlərə də işsiz deyil deyir”-deyə o bildirir.

İranın əhalisinin sayının 75 milyon nəfər olduğu deyilir. Rəsmi statistik məlumatlarda keçən il İranda 23 milyon 387 min 633 nəfərin işlədiyi göstərilir. Bu statistikaya əsasən, İranda 51 milyon 612 min işsiz adam var və hər üç iranlıdan yalnız biri işləyir.

İran hökumətinin statistik göstəriciləri əhaliyə açıqlamasına baxmayaraq, Ali İşçilər birliyinin başçısı Qulamriza Xadimizadə dövlətin bir milyondan əlavə iş yerləri açdığını “yalan” adlandırır. O deyir ki, İranın iqtisadi durumu yaxşı olmadığı üçün minlərlə insan işini itirib işsizlər ordusuna qoşulur.

Bu arada, İran prezidenti Mahmıd Əhmədinəjad İranda iqtisadi inkişafın 7 faiz olduğunu elan edib. Lakin millət vəkili Musa Ərriza Sirvəti bu açıqlamanı rədd edədərk, iqtisadi inkişafın yalnız bir faiz təşkil etdiyini deyib. O, dövlətin statistik məlumatlarının reallıqdan uzaq olduğunu bildərərək, işsizlərin sayının 4 milyondan artıq olduğunu deyib.

Prezident Mahmud Əhmədinəjadın hökuməti İran Azərbaycanının vilayətlərində işsizlik səviyyəsini İranın digər bölgələrilə müqayisədə daha az göstərməyə çalışır. Qərbi Azərbaycan vilayətinin Əmək İdarəsinin başçısı Əli Süleymani Fars xəbər agentiynə işsizlik səviyyəsinin 5,11 faiz olduğunu deyib. Lakin Tehranın ən boyük gündəlik qazeti olan “Həmşəhri” İranın Statistika Mərkəzinə istinad edərək, işsizlik səviyyəsinin 13 faiz olduğu haqda məlumat verib. Qəzetdə bu rəqəmin Şərqi Azərbaycanda 9,4, Ərdəbildə isə 9,9 faiz olduğunu yazır.

İran dövləti Azərbaycan vilayətlərinin başqa vilayətlərdən daha yaxşı inkişaf etdiyini göstərməyə çalışır. “Həmşəhri” yenə də İranın Statistika Mərkəzinə istinad edərək Fars vilayətində işsizlik səviyyəsinin 18,5, İsfahanda 13,2 və Kirman vilayətində 12,1 tə.kil etdiyini yazır.

Xatırladırıq ki, İran dövləti bu statistik rəqəbləri əsas götürərək vilayətlərə maliyyə ayırır.

Şərqi Azərbaycandan olan keçmiş millət vəkili Əkbər Ələmi bir neçə il əvvəl elan etmişdi ki, Kirman vilayətinin sənayesinə bir il üçün ayrılan büdcə Azərbaycanın 4 vilayətinin bir neçə il üçün büdcəsından daha böyükdür.

Bu statistik məlumatlarda vilayət sakinlərinin iş axtarmaq çünü başqa yerlərə getməsi faktı nəzərə alınmır. Əkbər Ələmi o vaxt bildirmişdi ki, İran Azərbaycanı vilayətlərinin sakinlərinin iş tapmaq məqsədilə yaşadıqları yerlərdən köçməsi əhalinin sayının azalmasına gətirib çıxarır. Beləliklə də Azərbaycan vilayətlərində iş olmadığı halda, işsizli səviyyəsi daha az görünür.
Bu xəbər oxucular tərəfindən 1361 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed