Şrift:
Güney Azərbaycanda həbslər yeni vüsət alıb
12.07.2012 [12:05] - Güney Azərbaycan xəbərləri
Azərbaycan Milli Hərəkatının gücləndiyini hiss edən İran rejimi, milli-mədəni fəallara qarşı öz təzyiqlərini artırıb.



Daxili və xarici problemlərlə üz-üzə qalan rejim, hakimiyyətin davamını sankı daha çox zorakılıqda görür.



Yalnız son günlərdə İran təhlükəsizlik qüvvələri tərəfindən tutuqlanan vəya müxtəlif formalarda təzyiqlərə məruz qalan milli-mədəni fəalların sayı onlarladır.



Aşağıda, tutuqlanmış bir neçə azərbaycanlı fəalın kimliyi barədə məlumat verilir:

1) Vəhid Hebibçeşmə - Səhənd şəhəri – 2012-ci il iyunun 27-i (1391-ci il tirin 7-i) – Saxlanılır: Təbrizin ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) idarəsi

2) Məhəmməd İskəndərzadə - 2012-ci il mayın 20-i (1391-ci il ordibeheştin 31-i) – saxlanıldığı yer: Təbrizin ETTELAAT idarəsi

3) Səhənd Moali - Sarab - 2012-ci il iyunun 27-i (1391-ci il tirin 7-i) – Təbrizin ETTELAAT idarəsi

4) Mühəndis Vəhid Rastqu - 2012-ci il iyunun 27-i (1391-ci il tirin 7-i) – Saxlanıldığı yer: Təbrizin ETTELAAT idarəsi

5) Əli Bəşarəti - 2012-ci il iyunun 27-i (1391-ci il tirin 7-i) – Saxlanıldığı yer: Təbrizin ETTELAAT idarəsi

6) Əli Səmədpur - 2012-ci il iyunun 27-i (1391-ci il tirin 7-i) – Saxlanıldığı yer: Təbrizin ETTELAAT idarəsi

7) Mühəndis Haşim Mirzadə - Tutuqlandığı gün bəlli deyil - Saxlanıldığı yer: Təbrizin ETTELAAT idarəsi

8) Doktor Camal Musəvinejad - 2012-ci il iyunun 27-i (1391-ci il tirin 7-i) – Saxlanıldığı yer: Təbrizin ETTELAAT idarəsi

9) Daryuş Pərvanə - Ərdəbil – 2012-ci il iyunun 30-u (1391-cı il tirin 10-u) – saxlanılan yer: Təbrizin ETTELAAT idarəsi

10) Mühəndis Məsud Hüseynnejad – 2012-ci il iyulun 9-u (1391-ci il tirin 19-u) – Təbrizin ETTELAAT idarəsi



Qeyd edək ki, son günlərdə Güney Azərbaycanın Sarab şəhərində 10 nəfərdən çox yaxalanıb. Lakin onlardan 4 nəfərinin kimliyi müəyyənləşib. Bu arada bir neçə milli-mədəni fəal da mülki vəsiqə qarşılığında azadlığa buraxılıblar. Həmçinin son günlərdə bir neçə azərbaycanlı fəalın evində axtarış aparılıb.
Bu xəbər oxucular tərəfindən 1280 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed