Şrift:
İranın keçmiş daxili işlər naziri ölkədə refrendom keçirməyi təklif edib
12.07.2012 [12:55] - Güney Azərbaycan xəbərləri
Haşimi Rəfsəncani və Məhəmməd Xatəminin prezidentlikləri dövründə daxili işlər naziri olmuş islahatçı axund Abdulla Nuri tələbə fəallarla görüşdə nüvə məsələsinin referenduma qoyulmasını təklif edib.
Abdulla Nuri deyib ki, İranın apardığı nüvə fəaliyyətləri ölkəni ciddi təhlükələrlə üz-üzə qoyaraq uçuruma gətirib çıxarıb: “İranın nüvə fəaliyyəti və bu yolda Qərblə üz-üzə durması ölkəni ağır ziyanlarla üz-üzə qoyub. Nüvə proqramı bəhanəsi ilə ölkəyə edilən təzyiqlər və vurulan ziyanlar həddi aşıb. Güman edirəm ki, hökumət bu çıxılmazlıqdan qurtarmaq üçün ölkə və xalqın ümumi mənafeyini qoruya biləcək məntiqli və ağıllı bir qərar qəbul etməlidir.

Bizim strategiyamız hər şeyimizi nüvə məsələsinin ayağına qurban vermək yox, ölkəni düşdüyü bu vəziyyətdən qurtarmaq olmalıdır. Hesab edirəm ki, İranın nüvə fəaliyyəti ilə bağlı referendum keçirilməli və xalq bu haqda öz qəti rəyini bildirməlidir”.
Bu xəbər oxucular tərəfindən 1038 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed