Şrift:
Şəki polisi maarifləndirmə tədbirlərini davam etdirir
30.08.2018 [09:59] - Gündəm, Sosial
Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsi uşaqların gələcəkdə yol hərəkəti qaydalarını daha asan mənimsəmələri, onlarda indidən küçə hərəkəti qaydalarının öyrənilməsinə həvəs və marağın yaranması məqsədi ilə rayonun məktəbəqədər təhsil müəssisələrində maarifləndirmə tədbirlərini davam etdirir.

Növbəti belə tədbir Şəki şəhər 22 saylı körpələr evi-uşaq bağçasında keçirilib.

Uşaqların valideynlərinin də iştirak etdiyi tədbirdə Yol Polisi Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Tural Niftəliyev əyani vasitələrdən istifadə etməklə uşaqlara avtomobil, piyada, küçə, yol, səki, işıqfor, piyada keçidi və digər anlayışlar barədə ətraflı məlumat verib.

Uşaq bağçasının rəhbərliyinə, tərbiyəçilərə və tədbirdə iştirak edən valideynlərə tövsiyə olunub ki, azyaşlı uşaqların məktəblilər tərəfindən bağçalara aparılmasına imkan verilməsin. Uşaqlar bağçaya ancaq valideynlər tərəfindən aparılmalıdır.

Valideynlərə azyaşlı uşaqları küçə və yollara nəzarətsiz buraxmamaq tövsiyə olunub.

Belə maarifləndirici tədbirlərin rayonun digər məktəbəqədər təhsil müəssisələrində də keçirilməsi nəzərdə tutulur.
Bu xəbər oxucular tərəfindən 494 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed