Şrift:
Təbrizdə Əmir Çəməni 9 ay həbsə məhkum edildi
13.07.2012 [11:02] - Güney Azərbaycan xəbərləri
Təbrizin İnqilab Məhkəməsi Əmir Çəmənini rəhbər və islam cümhuriyyətinin qurucusuna təhqir və sistemin əleyhinə təbliğ ittihamlarına görə həbsə məhkum edib.

Çəməni rəhbər və islam cümhuriyyətinin qurucusuna təhqirə görə 6 ay və sistemin əleyhinə təbliğə görə 3 ay 1 gün həbsə məhkum edilib.

Təbrizin İnqilab məhkəməsi gələn ay müttəhimin digər ittihamına (prezidenti təhqir etmək) baxacaq.

Qeyd edək ki, adını çəkdiyimiz siyasi fəal, 6 ay Təbrizin ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) məmurlarının onun evinə müraciətindən sonra və 3 ay sürən sorğu-sual prosesindən sonra 50 milyon tümənlik mülki vəsiqə qarşılığında azadlığa buraxılmışdır.
Bu xəbər oxucular tərəfindən 1134 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed