Şrift:
Azərbaycanlı fəal Daryuş Pərvanə Təbrizin ETTELAAT idarəsinə intiqal edilib
13.07.2012 [11:19] - Güney Azərbaycan xəbərləri
Güney Azərbaycanın Ərdəbil şəhərində tutuqlanan azərbaycanlı milli-mədəni fəal Daryuş Pərvanə Təbrizin ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) idarəsinə köçürülüb.

Daruş Pərvanə 2012-ci il iyulun 2-i Ərdəbildə yaxalanıb. Məlumata görə, Pərvanənin ailəsi keçən gün Təbriz zindanının 37-ci otağında (bu otaq ETTELAATın nəzarəti altındadır) onunla görüşüblər.

Son məlumata görə, adını çəkdiyimiz azərbaycanlı fəala qarşı irəli sürülən ittihamlardan biri “milliyyətçilik”dir.

Qeyd edək ki, Ərdəbil ETTELAAT idarəsindən, Təbriz ETTELAATının təcridxanasına intiqal edilməsi, azərbaycanlı fəalın ailəsinin xüsusi nigaranlığına səbəb olub.
Bu xəbər oxucular tərəfindən 1090 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed