Şrift:
Güneyli gənclərin başlatdığı “Səni deyirlər” əyləncə kampaniyasına şimali azərbaycanlı məşhurlar da qoşulur – VİDEO
07.09.2018 [09:43] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Ötən günlərdə sosial şəbəkələrdə güney azərbaycanlı gənclər tərəfindən başladılan əyləncə kampaniyasına çox sayda şimali azəbaycanlı, o cümlədən məşhurlar qoşulub.

İlk öncə bir neçə güneyli gənc qız tərəfindən başladılan “Səni deyirlər, məni deyirlər” Kampaniyası qısa zamanda sərhədləri aşaraq bütün soydaşlarımızın diqqətini çəkib. Şimali Azərbaycandan Zaur Baxşəliyev, Günay İbrahimli, Səidə Sultan, Çinarə Əliyeva, Firəngiz Cəlilova və s. kimi məşhurların kampaniyaya qoşulması xüsusi diqqət çəkir.

Kampaniya Şimali Azərbaycanın kütləvi informasiya vasitələrində də geniş şəkildə işıqlandırılıb.

Güneyli gənclər “Səni Deyirlər” adlı bir Azərbaycan mahnısı ilə evlərində, küçədə, bağda, sinifdə, maşında, yollarda və hətta iş yerlərində rəqs edərək videolarını sosial şəbəkələrdə yayırlar. Onlar bununla həm Azərbaycan rəqsini və musiqisini təbliğ edir, həm İran molla rejiminin insanların əyləncə azadlığının məhdudlaşdırmasına üsyan edir, eyni zamanda qurumaqda olan Urmu gölünə dəstək nümayiş etdirirlər.
‘Səni Deyirlər’ mahnısı Qarapapaq türklərinin yaşadığı Sulduzda ifa edilən bir yallı havasıdır.

Bu xəbər oxucular tərəfindən 320 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed