Şrift:
Müsəlman və yəhudi təşkilatları sünnətin müdafiəsinə qalxıb
14.07.2012 [10:28] - Gündəm, DAVAMın yazıları
Onlar ənənənin tətbiqi hüququ üçün səylərini birləşdiriblər

Bu yaxınlarda Almaniyada yerli məhkəmələrdən biri sünnət əməliyyatının oğlanlara xəsarət yetirdiyi və bu zəmində qadağan edilməsi barədə qərar çıxarıb. Qərara səbəb 4 yaşlı oğlanın sünnət əməliyyatınının fəsadsız keşməməsi olub. Buna cavab olaraq Avropa Müsəlman və Yəhudi qrupları Almaniyada sünnət qərarından narazılıq bildirb və sünnət ənənəsini tətbiq etmək hüquqlarını müdafiə etmək üçün səylərini birləşdiriblər. Birgə bəyanatında deyilir ki bu ənənə onların təriqət sistemlərində mühüm əhəmiyyətə malikdir və sünnət praktikasının müdafiə edilməsinə çağırıblar.
Bəyanatda Köln məhkəməsinin qərarı müsəlman və yəhudilərin dini və mədəni ənənələrinə zidd olan hərəkət kimi qiymətləndirilib. Bəyanat müəllifiləri Almaniyanın siyasi partiyaları və parlamenti məsələyə müdaxilə edib sünnət ənənəsinin müdafiəsinə çağırıblar.
Köln məhkəməsi tərəfindən qəbul edilmiş qərar bütöv Almaniyaya şamil edilməsə də, İsrail parlamenti Köln məhkkəməsinin qərarını tənqid edib. Lakin buna baxmayaraq Köln məhkəməsi qərarını dəyişmək niyyətində deyil. Məhkəmənin çıxardığı qərara görə, fiziki sağlamlığın toxunulmazlığı dini dəyərlər və ata-ana iradəsindən üstündür.
Bu arada Almaniya Həkimlər Asossiyası həkimlərə sünnət cərrahiyə əməliyyatının həyata keçirilməməsini tövsiyyə edib. Uğursuz cərrahiyə əməliyyatı keçirən həkimə cəza kəsilməsə də, tənqidçilər ehtiyyat edir ki, Köln məhkəməsinin qərarı Almaniyada digər məhkəmələr tərəfindən hüquqi presedent kimi qiymətləndirilə bilər. Hər il Almaniyada minlərlə Müsəlman və Yəhuudi oğlanlar sünnət olunduğunu nəzərə alsaq görünür uşaqları sünnət etdirmək üçün valideynlər onları digər vilayətlərə və ya vətənlərinə aparmalı olacaqlar.
Sünnətin tarixi qədimdir
Sünnətin tarixi qədim zamanlara gedib çıxır. Din tarixinə nəzər saldıqda belə bütün peyğəmbərlərin sünnət olunmağı tövsiyə etdikləri görünür. Sünnət olmaq insanın fitrəti baxımından lazımdır. İlk dəfə isə İbrahim peyğəmbər sünnət olub. Həmin vaxt onun 80 yaşı olub. Peyğəmbərimiz Muhəmməd (s. a. v.) də fitri sünnələri sadaladığı vaxt ilk olaraq sünnət olmaqdan bəhs edib. Fitri sünnələrdən birinci sünnət olmağın adını çəkib.

Sünnətin faydaları

Avstraliya həkimləri bütün kişiləri təcili sünnət olunmağa çağırır. Onların qənaətincə, bu prosedur kişilərin immunçatışmazlığı xəstəliyi - HİV-ə tutulması riskinin xeyli dərəcədə azalmasına kömək edir. Həkim Aleks Vodakın fikrincə, çoxsaylı tədqiqatlar dəfələrlə təsdiqləyib ki, artıq dəri, zöhrəvi xəstəliklərin ötürulməsinə təkan verir. O bəyan edib ki, valideynlər bu məsələyə ciddi yanaşıb oğlan uşaqlarını mümkün qədər tez sünnət etdirməlidirlər.
Son illər Avstraliyada HİV əsl faciəyə çevrilib. Onə görə də mütəxəssislər hesab edirlər ki, hökumət hər yerdə sünnət olunmasına təsir göstərməlidir .
Sünnətin insan sağlamlığına aşağıdakı faydaları da var.

* Sidik kanalının infeksiyaya yoluxmasının qarşısını alır. Sünnət olunmayan zaman artıq dəri infeksiya üçün əlverişli bir mühüt rolun oynayır. ABŞ tədqiqatçılarının araşdırmalarına əsasən sidik kanalının infeksiyaya yoluxmasında sunnətsiz kişilər sünnət olunanlardan 20 dəfə çoxdur.
* Cinsi yolla yoluxan bəzi xəstəliklərin qarşısını alır. Hətta sünnət olan insanın QİÇS-ə yoluxma riskinin sünnətsizlərə nisbətən az olduğu bildirilir.
* Kişilərdə cinsiyyət orqanı xərçənginin qarşısını alır. Bu xəstəlik nadir bir xəstəlik olub 100 000 kişidən 0,7-0,9 kişidə rast gəlinə bilər.
* Cinsiyət orqanının iltihabının qarşısını alır. İkinci dünya müharibəsi zamanı Körfəzdə döyüşən əsgərlərin burada tez-tez baş verən qum fırtınaları nəticəsində bu problemlə rastlaşdıqları məlumdur.

Hansı yaşda sünnət olunmalıdır?

Qədim zamanlarda sünnət, insanların həyatını ölümdən qurtarmaq məqsədilə ayin zamanı həyata keçirilirdi. İnsanların düşüncələrinə görə, insanın ölməməsi üçün onun kiçik bir hissəsi kəsilib, atılaraq qurban edilirdi. Hələ qədim dövrlərdə kolxlar, finikiyalılar, misirlilər, hammonlar, edomilər və moavilərdə sünnət tətbiq edilirdi. O zamanlarda sünnət həyata keçirildikdən sonra oğlanlara evlənmək haqqının verildiyi hesab olunurdu. Çox maraqlıdır ki, ərəb dilində "hitan" sözü (sünnət) yəhudilərin "xatan" (nişanlı, kürəkən) sözü ilə eyni köklüdür. Bibliyada da sünnətin dini xarakter daşıdığı qeyd edilir. Bəzi xalqlarda sünnət 10-17 yaşlarında tətbiq olunur ki, bu da yeniyetməlik dövrünə təsadüf edir.
Bəzən yaraların daha tez sağalması, qanamanın az olması və psixoloji travmanın olmaması baxımından bu əməliyyatın 0-1 yaş arasında edilməsi məsləhət görülür, lakin bəzi məqamlar var ki, uşağın sünnət olması onun sağlamlığı üçün təhlükəlidir (sidik dəliyinin normal yerindən aşağı və ya yuxarı olması və.s.) bu hallar isə 6-7 yaşda özünü göstərdiyi üçün sünnət üçün ideal yaş 7 yaşdan sonra göstərilir. “Uşaq yeni doğulan zaman əməliyyat edildiyində, əməliyyat rahat və tez başa çatır. Bu zaman uşaq psixoloji zədə də almır. Amma uşaqlarda sidik yerinin normal forma alması 7 yaşından sonra baş verir. Bu səbəbdən çox zaman uşaqları 7 yaşdan sonra sünnət etdirmək məsləhət görülür,”- crrah Adil Quliyev bildirir. Həkim onun yanına 35 yaşında da insanların gəldiyini də bildirir. Həkim onu da bildirdi ki, yaş artdıqca bu əməliyyat daha da ağrılı keçir. Sünnət əməliyyatı ən uzunu 20 dəqiqəyə başa çatır.
Psixoloqlar da sünnət əməliyyatının lap kiçik yaşlarında keçirilməsini məsləhət görür. Belə ki, kiçik yaşlarında keçirilən sünnət əməliyyatları uşaqları psixoloji zədələmir. «3-4 yaşından sonra uşaqlarda şəxsiyyəti tanıma davranışı yaranır. Onlar özlərini tanımağa başlayırlar. Uşaqların bu və daha böyük yaşlarda sünnət etdirilməsi onları psixoloji yaralaya bilər. Bu səbəbdən məsləhət görərdim ki, uşaqlar daha kiçik yaşlarında sünnət olunsunlar. Əks təqdirdə sünnətdən sonra uşaqlarda yuxu və əsəb pozgunluğu, özünə qapılma yarana bilər,” - psixoloq Aydın Əfəndiyev bildirir. Həkim bunun qarşısını almaq üçün ən yaxşı halda uşaqları daha kiçik yaşda ikən sünnət etdirməyi məsləhət görür.
Deyilənə görə, sünnət “kişilik” rəmzi sayılırmış, hətda bir vaxtlar var idi ki, sünnət olunmayan kişiyə qız da vermirdilər. Bəzi türk və Azərbaycan filmlərində də bu, dönə-dönə qeyd olunur.

Hazırladı: Samir
Bu xəbər oxucular tərəfindən 1609 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed