Şrift:
Fərəc Quliyev beynəlxalq gənclər təşkilatlarının rəhbərlərini Ermənistan-Azərbaycan müharibəsinə beynəlxalq qanunlar çərçivəsində baxmağa çağırdı (audio)
15.09.2018 [09:01] - Xəbərlər, Siyasi partiyalar, Fərəc Quliyev
Dünən Milli Məclisin inzibati binasında Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşkilatçılığı ilə Parlamentdə təmsil olunan siyasi partiyaların rəhbərləri ilə DEMYC (Democrat Youth Community of Europe) və ICAPP (İnternational Conference of Asian Political Parties) beynəlxalq gənclər təşkilatlarından olan rəhbər şəxslər arasında "Siyasi plüralizm və parlament təcrübəsi" mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə beynəlxalq gənclər təşkilatlarının nümayəndələri olaraq İsraildən Maykl Rabinoviç, İtaliyadan Luca Angelantoni və Margerita Saltinin, İspaniyadan Javier Hurtado, İraqdan Falah Aza, Mərakeşdən Abdulməcid Fassi, Qırğızıstandan Talaybek Dayirbekov, İrandan Mehdi Soli, Tacikistandan Abdullo Raxmozoda, Rusiyadan Olqa Podberezkina, Makedoniyadan Bojana Naumoska, Kambociadan Çhair Sokti, Türkiyədən Cengizhan Güngör və Vahit Atalan, Azərbaycandan Seymur Orucov və Ramin Məmmədov iştirak ediblər.
Parlamentdə təmsil olunan Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev tədbirdə geniş çıxış edib. Həmin çıxışın tam mətnini və səs yazısını təqdim edirik:

"Təşəkkür edirəm, hörmətli sədarət.

Mən müxalifətdə olan partiyanın -Milli Dirçəliş Hərəkatı Partiyasının sədriyəm. 1991-ci ildə müstəqilliyin bərpası aktının müəlliflərindən və ona səs verənlərdən biriyəm. Mən əvvəla siyasi rəqibimiz olan Yeni Azərbaycan Partiyasının Gənclər təşkilatına təşəkkür edirəm ki, belə əhəmiyyətli bir tədbir hazırlayıbdı. Bizim ölkədə plüralizmin olması və siyasi fikir müxtəlifliyi onun təbliği ilə bağlı olaraq Bahar xanım fikirlərinin priambla hissəsində bildirdi. Biz parlament, bələdiyyə seçkilərində və prezident seçkilərində iştirak edirik, mövqelərimizi bildiririk. Büdcə təqdimatındatında, parlamentdə müzakirələrdə mövqelərimizi bildiririk təbii ki. Azlıqda olmağımıza baxmayaraq bizim fikirlərin əksəriyyəti nəzərə alınıbdı. Yəni əslində biz artıq çox ciddi şəkildə müxalifətçiliyin konstrutikliyini ortaya qoya bilirik. Yəni əsas olan hansı fikrin deyilməsidi, o fikrin kimin tərəfindən deyilməsi əsas deyil. Əgər bir fikir millətə və dövlətə əhəmiyyətlidirsə və xeyirlidirsə bu mütləq nəzərə alınır və bizim parlamentar təcrübədə bu davranış oturuşub. Burada çıxış edən Mərakeşdən olan deputat dotumuzun bir fikrinə münasibətdə bizim daha irəli getmiş bir mövqedə olduğumuzu gördüm, çünki orda hansı siyasi qrupun fikir deməsi əsas götürülür, amma bizdə hansı fikrin daha çox millətə və dövlətə xeyir olması əsas götürülür. Ona görə bizim azlıqda olmağımıza baxmayaraq ciddi şəkildə uğurlarımız vardır.

Biz Amerikada baş verən 11 sentyabr hadisələrinin il dönümü ərəfəsində görüşürük. Mən bunu niyə xüsusi olaraq qabardıram. Gördünüz ki ,dünyanın ən qüdrətli dövləti olan Amerika belə təkbaşına xoşbəxt ola bilmir. Bəzən Qarabağ problemi ilə bağlı danışıqlar olanda bunu lokallaşdırırlar və bunu bir milli dövlətin problemi kimi ortaya qoymağa çalışırlar. Amma mən sizə bir neçə məsələ deyim. Mən bir siyasi partiyanın başqanıyam və biz 63 namizədlə parlamentt seçkilərində iştirak edirdik. Təsəvvür edin ki, bizim işğal olunmuş ərazilərimizdən, 7 bölgədən hər birindən, məsələn, Kəlbəcərdən biz istəyirik ki, elektrotla görüşək. Bir bölgədən olan ata yurdlarından qovulmuş insanlar 60 rayon ərazisinə dağılıblar. Bizim onlarla görüşmə imkanlarımız lazımdı. Onlara əlavə olaraq seçki məntəqələrinin yaradılması lazımdı. Onların əksəriyyəti sizlər kimi gənclərdirlər və seckinin adi mərhələsində belə çətinliklərlə üzləşmə məcburiyyətindədirlər. Bu işğalın yaratdığı problemlərdən biridir.Mən sizə niyə xüsusi müraciət edirəm. Siz gənclər olaraq gələcəkdə öz ölkənizin və bəşəriyyətin taleyeni həll edəcək siyasi liderlər olacaqsınız -bizim burdakı oturan azərbaycanlı gənclərlə birlikdə. Məsələlərə ayıq gözlə baxmaq lazımdı. Əgər biz məsələyə belə baxsaqki bu lokal bir məsələdir, çox yanlış bir yerə gedib çıxarıq. Başqa bir örnək-Kiçik Qafqaz o cümlədən Aərbaycan dünyanın ağ ciyər sayılacaq hissələrindəndir. Amma işğal olunmuş bizim yeddi rayonumuzda 20% ərazimizdə işğaldan sonra 100 minlərlə ağac kəsilib. Elə bitkilər var ki ,ümumiyyətlə kökü kəsilib. Ermənistanda konyak zavodunda konyak saxlamaq üçün çəlləklər düzəltmək üçün bizim qırmızı palıd ağacı ,çinarlar tamamilə məhvedilibdi. Artıq bunun lokal baxış yeri yoxdur,bu qlobal ekoloji problemdir və işgalın nəticəsidir. Siz təsəvvür edin ki, yüz minlərlə sizin kimi gənc on minlərlə məktəbdən məhrum olub. İşğal olunmuş ərazilərimizdə dağıdılıb bizim məktəblərimiz, mədəniyyət ocaqlarımiz-her şey .Deməli onminlərlə gənc cahil böyüməlidir. Minlərlə xəstəxanalar dağıdılıb. Bu səbəbdən uzun müddət uşaqlara peyvənd olunma imkanları hətta olmadı. Mən həkiməm ixtisasca,yüzminlərlə insan xəstəliklərə davamsız olacaqdırlar. Amerikada baş vermiş 11 sentyabr hadisələri başqa dövlətlərdə məzlumluğun, mənasız qarşıdurmaların, kasıblığın, terrorun, narkotikanın olması və bütün bu lokal kimi görünən məhrumiyyətlərdən qaynaqlanan nəticələrdən biri oldu. Yəni heç bir dövlət ayrılıqda müstəqil şəkildə xoşbəxt ola bilməz.

Bəzən bizi-işğala məruz qalan tərəfi, işğalçı Ermənistanla bərabər tuturlar. Bizim bu məsələlərdə günahımız yoxdur. Bizim hörmətli İtaliyadan olan dostumuz bir neçə fikir bildirdi. Biz və Ermənistan qarşı tərəflərik. Biz razılaşırıq ki, sizin tərəfinizdən bizim Qarabağ məsələsinə münasibətimiz də , Ermənistanın da özünü bu məsələ ilə bağlı müdafiə etməsi subyektiv qəbul oluna bilər. Ona görə Azərbaycanın da ermənistanın da münasibətini qoyun kənara. BMT-nin 4 qətnaməsi var. İtaliyanın da üzvü olduğu BMT-nin 4 qətnaməsi var. O qətnamələrdə açıq şəkildə bildirilir ki, Ermənistan Azərbaycanın falan-falan, ərazilərini işğal edibdi və qeyri şərtsiz olaraq oranı tərk eləməlidir. Onu əsas götürün. Biz yalnız o vaxt tövsiyə etdiyiniz danışıqlar apara bilərik ki, o vaxt əməkdaşlıqdan danışa bilərik ki, bütün dünyanın və İtaliyanın da üzvü olduğu BMT-yə daxil olan bütün dövlətlərin tanıdığı sərhədlər daxilinə Ermənitan çəkilsin. Azərbaycanın və Ermənistanın əraziləri BMT tərəfindən tanınıbdı. Ermənistan ordusunu öz sərhəddinə çəkəndən sonra, biz başqa detalları danışmalıyıq. Məsələn, müharibə ərəfəsində Azərbaycana 819 milyard dollar zərər vurulubdu. Biz bunlar haqqında danışmalıyıq, əməkdaşlıq haqqında danışmalıyıq, böyük layihələr haqqında danışmalıyıq. Amma işğala son qoyulandan sonra.Mən bunları xüsusi olaraq ona görə qeyd edirəm ki, bugün sizin gələcəkdə əməkdaşlıq edəcəyiniz on minlərlə gəncimiz- Azərbaycan gəncinin gələcəyini düşünməyiniz lazımdı. Mən bilirəm ki, siz hər biriniz təkcə milli dövlətin yox, bəşəriyyətin təhlükəsizliyi haqqında düşünə biləcək insanlarsınız. Biz ona görə burda bir yerdəyik ki, biz hər birmiz bəşəriyyətin təhlükəsizliyinə ,barış və əməkdaşlığa töhvə verə bilək. Ona görə mən hesab edirəm ki, siz xüsusən Azərbaycanla bağlı olan bu həqiqətlərə bir tərəfli qaydada baxmıyacaqsınız. Bizim də mövqedən baxmıyacaqsınız, siz Ermənistanın da mövqeyindən baxmıyacaqsınız. Siz beynəlxalq qanunlar tərəfindən baxacaqsınız. Əgər belə olacaqsa bizim ölkəmizdə də, bölgədə də demokratiyanın da, plüralizmin də inkişafına yardımçı olacaqsınız. Əgər bu yanaşma olmayacaqsa, təbii ki, ölkəmiz istədiyi bəhrələri beynəlxalq təhlükəsizlik üçün, bəşər təhlükəsizliyi üçün verə bilməz. Mən sizə uğurlar arzu edirəm. Hesab edirəm ki, düşüncələrimizi nəzərə alacaqsınız. Sağ olun"

Çıxışın səs yazısı:

Bu xəbər oxucular tərəfindən 3204 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed