Şrift:
“Traxtur”-“Səmət Neft” görüşünün son nəticəsi
15.09.2018 [10:03] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Sentyabrın 14-ü Təbriz vaxtı ilə saat 20:00-da Təbrizin “Traxtur” və Abadanın “Sənət Neft” komandaları qarşılaşıb.

İran kubokunun 1/16 final mərhələsi çərçivəsində keçirilələn görüş Abadanın Təxti satadionunda baş tutub.

90-cı dəqiqənin sonunda hesab bərabər olub -3:3. Hakim qalibi müəyyən etmək üçün oyuna əlavə vaxt təyin edib, lakin 30 dəqiqə ərzində heç bir komanda tərəfindən qol vurulmayıb və 120-ci dəqiqədə hesab yenə də 3:3 olub. Növbə penalti zərbələrinə çatınca, hesab “Sənət Neft”in xeyirinə dəyişib. Ev sahibinin 4, qonaq komandanın isə 3 penalti zərbəsi qol ilə nəticələnib.

Bununla da oyun 7:6 hesabı ilə “Sənət Neft”in xeyirinə yekunlaşıb.

Abadan təmsilçisi bu nəticədən sonra İran kubokunun 1/8 final mərhələsinə yüksəlib.
Bu xəbər oxucular tərəfindən 470 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed