Şrift:
İran bütün dünya üçün təhlükəlidir - amerikalı diplomat
16.07.2012 [10:42] - Güney Azərbaycan xəbərləri
İran bütün dünya üçün təhlükədir. Bu barədə Azərbaycanda ABŞ-ın müvəqqəti işlər vəkili Adam Sterlinq bazar günü jurnalistlərə deyib.
"Bizim hökumətlərimiz İran təhlükəsinikifayət qədər tez-tez müzakirə edir, və mənə vurğulamağa icazə verin ki, o bütün dünya üçün təhlükədir", - Sterlinq deyib.
Onun sözlərinə görə, bu, xüsusi olaraq İranla həmsərhəd dövlətlərinə aiddir. "Biz İran nüvə proqramını görürük, terrorizmin dəstəyini görürük. Əlbəttə, bu təhlükələr İranla həmsərhəd olan dövlətlərə də aiddir", - diplomat əlavə edib.
İki Azərbaycan şairinin həbsinin mövzusuna toxunaraq, Sterlinq qeyd edib ki, amerikalılar vəziyyəti diqqətlə müşahidə edirlər, amma ABŞ hadisəyə cəlb edilməmişdir. "Bu hadisə - İran və Azərbaycan arasında ikitərəfli məsələdir", diplomat əlavə edib.
Bu xəbər oxucular tərəfindən 989 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed