Şrift:
Azərbaycan Xarici İşlər Nazirliyi: İranda həbs olunmuş azərbaycanlı şairlərin qohumları ilə görüşünə razılıq alınıb
18.07.2012 [11:21] - Güney Azərbaycan xəbərləri
Azərbaycanın Təbrizdəki Baş Konsulluğu İran tərəfindən həbs olunmuş Azərbaycan vətəndaşlarının qohumları ilə görüşünə razılıq almağa müvəffəq olub. Bu barədə jurnalistlərə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev məlumat verib.
Onun sözlərinə görə, Azərbaycanın Təbrizdəki konsulu iyulun 15-17-də İran tərəfi ilə, o cümlədən Şərqi Azərbaycan vilayətinin ostandarı ilə bir neçə görüş keçirib. Görüşlər nəticəsində saxlanan azərbaycanlı şairlərlə qohumlarının görüşünə icazə verilməsi barədə razılıq əldə olunub.
“Görüşün detalları razılaşdırılır. Əsas odur ki, biz vətəndaşlarımızın öz qohumları ilə görüşünə razılıq ala bilmişik. Biz bu məsələni diqqətdə saxlamaqda davam edirik. İran tərəfi hələ də bizə vətəndaşlarımızın saxlanmasının səbəblərini rəsmi şəkildə açıqlamayıb”
Bu xəbər oxucular tərəfindən 966 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed