Şrift:
Azərbaycanın dövlət strukturlarına haker hücumları edilib
15.10.2018 [10:16] - Gündəm
"MuddyWater” haker qruplaşması Azərbaycanın dövlət qurumlarına məqsədyönlü hücumlar edib.

Bu barədə "Kasperski Laboratoriyası”nın məqsədyönlü hücumlar haqqında icmalında deyilir.

İcmalda Azərbaycan Daxili İşlər Nazirliyinə hücum üçün yaradılmış fişinq sənədinin nümunəsi göstərilib.

"MuddyWater” haker qruplaşması 2017-ci ildə meydana çıxıb və əvvəlcə Səudiyyə Ərəbistanı ilə İranın hökumət obyektlərini hədəf alıb. Daha sonra onlara Azərbaycan, Türkiyə, Pakistan, İordaniya, Yaxın Şərq, Avropa ölkələri və ABŞ-ın dövlət strukturlarına yönəlib.

Hakerlərin hücumu 2018-ci ilin mayından daha aktivləşib, hücumlar indi də davam edir.
Bu xəbər oxucular tərəfindən 366 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed