Şrift:
Araz Elsəs ata oldu – FOTO
20.07.2012 [09:25] - Güney Azərbaycan xəbərləri
Məşhur ozan qızını Altunay adlandırıb

Avropada yaşayan azərbaycanlı məşhur ozan Araz Elsəs ata olub. Onun qızı dünyaya gəlib. İlk dəfə olaraq ata olmağın sevincini yaşayan Araz Elsəs qızını Altunay adlandırıb.


Qeyd edək ki, Araz Elsəs 27 noyabr 1971-ci ildə İranda Urmiya gölünün yaxınlığında yerləşən Sulduz şəhərində anadan olub. Uşaqlıq çağlarından musiqiyə böyük maraq göstərib. Daha sonra siyasi səbəblərdən çətinliklərlə üzləşərək, 1991-ci ildə Azərbaycana köçüb. 1997-ci ildə Avropa Yazarlar Parlamenti tərəfindən siyasi şair, ozan olaraq Norveçə çağırılıb. 2000-ci ildə isə İsveçə köçüb.
Bu xəbər oxucular tərəfindən 4047 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed