Şrift:
“Traxtur” komandası “Peykan”ı öz şəhərində məğlub etdi
03.11.2018 [11:44] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Təbrizin “Traxtur” futbol komandası noyabrın 2-i yerli vaxtla saat 15:30-da Tehranda Qüds şəhərinin stadionunda “Peykan” komandası ilə qarşılaşıb, Azərbaycan komandası rəqibini 1:2 hesabı ilə öz şəhərində məğlub edib.



İran üzrə futbol klublarının super liqa yarışlarının 11-ci həftəsində keçirilən görüşdə “Traxtur” tərəfindən İman Səlimi və Danyal İsmailifər, “Peykan” tərəfindən isə Məhəmməd Qazi qol vurublar.



Bu nəticədən sonar “Traxtur” 19 xalla turnir cədvəlinin 3-cü pilləsinə yüksəlib.



Bu oyun, 18-ci super liqa yarışlarında “Peykan” komandasının ikinci məğlubiyyəti sayılır.
Bu xəbər oxucular tərəfindən 477 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed