Şrift:
İran Suriya rəhbərliyini vətəndaş müharibəsini sona çatdırmaq üçün seçkiyə getməyə çağırıb
24.07.2012 [11:00] - Güney Azərbaycan xəbərləri, Hərb
İran Suriya rəhbərliyini vətəndaş müharibəsini sona çatdırmaq üçün seçkiyə getməyə çağırıb. İran mətbuatının məlumatına görə, İran parlamentinin sədri Əli Laricani bildirib ki, Suriyada parlament seçkiləri ilə birlikdə prezident seçkisi də keçirilməlidir. Onun sözlərinə görə, belə bir plan Suriyadakı qarşıdurmaları sona çatdıra bilər: “Suriya rəhbərliyi də bu çağırışı dəstəkləyir”.
Qeyd edək ki, Suriya prezidenti Bəşər Əsəd ötən ilin dekabr ayında ABC telekanalına müsahibəsində 2014-cü ildə ölkəsinin prezident seçkisinə getməsini hədəflədiyini bildirmişdi. Suriyada son olaraq ötən ilin may ayında parlament seçkiləri keçirilmişdi. Ancaq müxalifət bu seçkiləri boykot etmişdi.

DAVAM.AZ: İran "demokratiyası" Suriyaya nümunə kimi təqdim edilir...
Bu xəbər oxucular tərəfindən 1232 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed