Şrift:
Krımda “Qədim Ordubad və Əfsanəvi Sevastopol” kitabı çapdan çıxıb
26.07.2012 [16:26] - Diaspor
Krımdakı Azərbaycan diasporunun ağsaqqallarından olan Hidayət Musayevin “Qədim Ordubad və Əfsanəvi Sevastopol” kitabı çapdan çıxıb.

Bu barədə Krımın Azərbaycanlı İcmasının rəhbəri Rəhim Hümbətov məlumat verib.

Kitabın təqdimat mərasimində çıxış edən H.Musayev bildirib ki, baş qəhrəmanı azərbaycanlı mühəndis Firudin Ağalarov olan əsərdə Rusiyanın müxtəlif millətlərdən olan ilk sualtı qayıqçılarından bəhs olunur.

Qeyd edək ki, Hidayət Məmməd oğlu Musayev istefada olan polkovnik, SSRİ Hərbi Dəniz Donanmasının veteranı, Sevastopolda “Vətən” Azərbaycan Milli-Mədəni İcmasının ağsaqqalıdır.
Bu xəbər oxucular tərəfindən 1409 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed