Şrift:
Çində yanacağın satış qiyməti aşağı salınıb
29.12.2018 [10:02] - Gündəm, Sosial
Dünya bazarında xam neftin qiymətinin enməsi Çində yanacağın satış qiymətinin növbəti dəfə aşağı salınmasına səbəb olub.

Çin Milli İnkişaf və İslahat Komissiyasının qərarına əsasən, benzinin və dizel yanacağının hər tonunun qiyməti müvafiq olaraq 370 yuan (53,9 ABŞ dolları) və 355 yuan (51,7 dollar) aşağı alınıb. Bu, cari ildə beşinci qiymət enməsidir.

Çin Milli İnkişaf və İslahatlar Komissiyası ölkənin əsas neft şirkətlərindən yanacağın topdan və pərakəndə satış qiymətlərini yuxarıda qeyd olunan qərara uyğunlaşdrmağı tələb edib.

Qeyd edək ki, Çində qüvvədə olan qiymət mexanizminə əsasən, dünya bazarında neftin qiyməti hər ton üçün 50 yuandan yuxarı həddə qalxıb-enərsə və bu qiymət 10 iş günü ərzində qüvvədə olarsa, Çin hökuməti neft məhsullarının satış qiymətini də müvafiq qaydada dəyişir.

Şahin Cəfərov
Bu xəbər oxucular tərəfindən 453 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed