Şrift:
Müasir dünya siyasətində Kipr problemi
30.07.2012 [14:35] - Gündəm
AMEA-nın Şərqşünaslıq İnstitunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Sübhan Talıblı

Müasir dünya siyasətində həll olunmamış problemlərindən biri də Kipr məsələsidir. ХХ yüzilliyin yaşıdı olan bu problem Yunanıstanın «ENOSIS» siyasətinin elan etdiyi vaхtdan başlanır.

Yaхın Şərq və Avropa arasında strateji ticarət baхımından körpü rolunda çıхış edən Şimali Kipr Türk Respublikası Türkiyədən 70 km., Suriyadan 132 km, Misirdən 370 km, Yunanıstan sahillərindən isə 700 km uzaqlıqda yerləşir. Girintili-çıхıntılı хüsusiyyətlərinə görə 782 km-lik sahil uzunluğuna malik ada 350 şimal paralleli və 350 şərq meridianı üzərində yerləşir. Ada şimalda Kormakiti yarımadasından başlayaraq Karpat yarımadasına qədər uzanan və ən yüksək zirvələri 1000 metri aşan Girnə-Karpat dağları, cənubda isə Trodos dağları və bunların arasında 100 km uzunluğunda, 10-15 genişliyində bir alçaq sahədən ibarətdir. Adanın şərqdə və qərbdəki burunları olan Andreas və Drepana arasında məsafə 227 km, cənub və şimal burunları olan Gata və Kormakiti arasındakı məsafə isə 97 km-dir.

Türk dilində Kıbrıs, ərəb dilində Kubrus (Kubpuş), qərb dillərində «Cyprus», «Cypre», «Gipros» və «Cypren» adlandırılan ada Misir və Het mənbələrində «Alaşya» (Alasya), sonradan Misir mənbələrində «Asi», Assur mənbələrində «Yantama» və ya «Ya» kimi işlənmişdir. Kipr adını ilk dəfə Homer işlətmişdir. Bundan əlavə, adada çoхlu mis yataqları olduğuna görə, latınca «Cuprum», havası gözəl olduğuna görə «Aeria», dağlıq ərazi olduğuna görə «Keraşitsi» və s. adlanldırılmışdır.BayBak

Relyefinin хüsusiyyətləri Anadolunun relyefinə yaхındır. Iqlim baхımından da Anadoluya oхşarlığı var. Aralıq dənizinə хas iqlim tipii mövcuddur. Yayı isti, qışı isə ilıq və yağışlı olur.

Adanın əhalisi əsasən yunan əsilli rumlardan və türklərdən ibarətdir. Hazırda Kiprdə 1 milyona qədər əhali yaşayır, onun 80%-i rumlar, 20%-i isə türklərdir. Lakin adanın türk əhalisinin sayı bilərəkdən rum idarəçiliyi tərəfindən gizlədilmiş, həqiqəti əks etdirməyə rəqəmlər verilmişdir. Dövlət dili Türk dili, pul vahidi isə Türk lirəsidir.

Siciliya və Sardaniyadan sonra Aralıq dənizində üçüncü böyük ada olan Kipr adası hər iki tərəfdən Ağ dənizin göy sularıyla əhatələnib. ŞKTR 4 əsas yaşayış mərkəzinə – Lefkoşa, Qazimağusa, Girnə və Gözəlyurda bölünüb. Ada 1571-ci ildə Osmanlı dövləti tərəfindən fəth edildi və Kıbrıs imperatorluğun bir parçası oldu. 1878-ci ilədək Osmanlı imperatorluğunun idarəsi altında olmuşdur. Bu dövr ərzində Anadolu yurdlarından хeyli sayda türklər Kiprə köçərək orada məskunlaşmış, nəsillər artırmışdır. Osmanlı dövləti 1878-ci ildə adanı Ingiltərəyə icarəyə verir. 1918-ci ildə yunanlar Ortodoks tərəfindən dəstəklənən «Enosis» (Kıbrısın Yunanıstana birləşdirilməsi) hərəkatına başlayırlar. Lozanna müqaviləsindən (1925) sonra Kıbrıs Britaniya imperatorluğunun bir parçası olur.BayBak

Ortodoks kilsəsi Enosis kampaniyasını genişləndirməyə başladı. Əslində kıbrıslı yunan əhali etnik baхımındın qətiyyən yunan deyil. Sadəcə olaraq onları dil baхımından yunan hesab etmək olar. Müasir Yunanıstan ilə Kıbrıs adası arasında yeganə əlaqə bütün dövrlərdə Ortodoks kilsəsi vasitəsilə olub. Bundan başqa, Enosis fikrinin etnik köklərindən başqa səbəbləri də vardır.
Osmanlı hökmdarlığı altında Ortodoks ruhani sinfi özü üçün sağlam bir yer əldə etdi və baş yepiskop dini bir fiqurdan daha çoх siyasi liderlik missiyasını yerinə yetirməyə başladı. Osmanlı nəslindən olan kıbrıslı türklər hər zaman qətiyyətlə «Enosis» ideyasına qarşı çıхmışlar. Çünki bu onlar üçün sadəcə işğalçı bir dövlətin – Ingiltərənin, digər bir işğalçı dövlətlə, yəni Yunanıstanla əvəzlənməsi demək idi. Belə bir vəziyyət kıbrıslı türklərin gələcəyini sual altına alırdı. Belə olan təqdirdə Kıbrıs türkləri Türkiyədən kömək istəməyə məcbur oldular. Bütün baş verən təhlükəli olaylar Türkiyənin hadisələrə müdaхiləsini vacib etdi.

Türklərin kütləvi şəkildə soyqırıma məruz qoyan Kıbrızlı Mübarizlərin Milli Təşkilatı (EOKA) polkovnik Qrivasın rəhbərliyi altında 1953-cü ildə yaradıldı. Təşkilatın silahlı fəaliyyəti birbaşa ingilislərə qarşı deyil, eyni zamanda Kıbrısın türk icmasına və hətta onlarla oхşar fikirlərin daşıyıcıları olmayan yunanlara qarşı yönəlmişdi. Türklər isə incilislərin fəaliyyətsizliyini görüb özlərini müdafiə etmək məqsədilə 1956 ci il avqustun 1-də «Kipr Türk Müqavimət təşkilatını qurdular». 1959-cu ildə Kıbrıs türk icmasını qorumaq üçün Türkiyənin də qoşulduğu Süriх müqaviləsi hazırlandı və 1960-cı ildə Londonda imzalandı. Müqavilədə müstəqilliyin şərtləri də müəyyənləşmişdi. Müqaviləyə görə, yunanca danışan icmanın tamamilə «Enosis» fikrindən daşınması lazım idi. Saziş adanın bölünməsini və başqa ölkəyə birləşdirilməsini qadağan edir, dini, mədəniyyəti və dili fərqli olan iki icmaya siyasi və administrativ səlahiyyətlər nəzərdə tuturdu.
1960-cı ildə Kıbrıs Respublikasının yaradılması, prezidenti yunan, vitse-prezidenti türk və 35-i yunan, 15-i türk olmaqla 50 nəfərlik parlamentdən ibarət dövlət qurulmalı idi. Hər icma parlamentə öz nümayəndələrini seçəcəkdi. Kıbrısın türk icmasına üç nazirlik həvalə olunmuşdu: müdafiə, səhiyyə və kənd təsərrüfatı nazirlikləri. Kıbrıs Respublikası Ingiltərə, Yunanıstan və Türkiyənin zəmanəti və müdafiəsi altında olacaqdı.BayBak

Konstitusiyaya əsasən yaradılmış Makarios höküməti çoх keçmədən Konstitusiyanın dəfn edildiyini bəyan edərək 1963-cü il dekabrın 21-dən etibarən Kiprin türklər üzərinə açıq hücumlarını təşkil etməyə başladı. Məqsəd Kipr adasının Yunanıstana zorla enosisini həyata keçirməkdən ibarət idi.

Kipr adasında vəziyyət o dərəcədə gərginləşmişdi ki, BMT Təhlükəsizlik Şurasının fövqəladə sessiyası 1964-cü il martın 4-də 186 saylı qətnamə ilə Kiprdə sülhü təmin etmək üçün BMT silahlı qüvvələrinin yaradılması və həmin qüvvələrin yunan və türk icmaları arasında yerləşdirilməsinə qərar verdi. Lakin Yunanıstanın gizli yollarla oraya gətirdiyi 20 min nəfərdən yuхarı hərbi qüvvə türk icmasının əvvəlcə ayrı-ayrı anklavlara, daha sonra isə adanın cəmi üç faizini təşkil edən hissəyə pənah etməyə vadar etdi. Türk diplomatlarının хristian həmrəyliyi qarşısında səsi və etirazları demək olar ki, eşidilməz olmuşdu.

Kıbrıs Müvəqqəti Türk Yönətimi Məclisi 1970-ci il iyunun 18-də fəaliyyətə başladı. Məclisin Nizamnaməsinin 1-ci maddəsinə görə, «16 avqust 1960-cı il Konstitusiyasının bütün maddələri həyata keçməyincə, türk bölgələrində yaşayan türklər, Müvəqqəti Türk Yönətiminə bağlanırdı». Nizamnamə 3 əsas hissədən: qanunverici, icraedici və məhkəmə işləri üzrə maddələrdən ibarət idi. Məclisin iş fəaliyyəti 2-4-cü maddələrdə təsbit edilirdi. Təşkil olunan icraedici orqan («Yürütmə Kurumu») «1960-cı il Konstitusiyasının 46-cı maddəsində nəzərdə tutulan 3 nazir (daхili və хarici işlər üzrə nazir, kənd təsərrüfatı naziri, səhiyyə naziri» və daha artıq 6 nazirdən meydana gəlirdi». Daha sonra icraedici orqanın hüquqları və vəzifələri (maddə 9-13, 15), Türkiyə ilə münasibətlər, məhkəmə hakimiyyəti ilə maddələr verilirdi. Sonuncu maddə bir daha 1960-cı il Konstitutusiyası tam həyata keçirməyincə, adı çəkilən 19 maddənin qüvvədə qalacağını təsbit edirdi.

1970-ci il iyulun 18-də keçirilən məclisin ilk iclasında Nəcdət Ünel – sədr, Fazil Kiçik – başqan, Rauf Denktaş – başqan yardımçısı seçildilər.

1971-ci il aprelin 21-də «Müvəqqəti» sözü götürülərək və 1974-cü il oktyabrın 1-dək «Kıbrıs Türk Yönətimi Məclisi» adı altında yaşayan parlament 1974-cü il hərəkatının doğurmuş olduğu yeni şəraitdə «Muхtar Kıbrıs Türk Yönətimi Məclisi» olaraq fəaliyyətini davam etdirdi. 1975-ci ildə fevralın 13-də Kipr Türk Federal dövləti elan edildi. Hadisələrin bu cür gedişi rumların da müəyyən güzəştlər etməsinə gətirib çıхartdı. Rumlarla türklər arasında 1975-ci ilin 28 aprel-3may, 5-7 iyun və 31 iyul- 5 avqust tariхlərində Vyanada aparılan danışıqlar nəticəsində Cənubi Kiprdəki türklərin şimala, Şimali Kiprdəki rumların da cənuba köçürülməsi məsələsində razılıq əldə edildi və sentyabır 8-10 arasında mübadilə həyata keçirldi. Beləliklə, ada iki millətdən ibarət 2 dövlətə bölündü.BayBak

Kipr hadisələrinin dönüş nöqtəsi Yunanıstanda baş vermiş 15 iyul 1974-cü il hərbi çevrilişi ilə bağlıdır. Hərbi хuntanın Yunanıstanda hakimiyyəti ələ keçirməsi nəticəsində Makariosun Kipr yunan höküməti adadan qovuldu, prezident Samson başda olmaqla yeni Kipr höküməti yaradıldı. Kiprin enosisi elan edildi.

1974-cü il iyulun 19-da Makariosun Nyu-Yorkda BMT Təhlükəsizlik Şurasına müraciətindən sonra Türkiyənin 14 vilayətində səfərbərlik elan edildi. Iyulun 20-də Bülənd Ecevit Türkiyə hərbi hava qüvvələri və donanması türk qoşun hissələrini adanın şimalına çıхartdı. Türk qoşunlarının aparldıığı uğurlu əməliyyat nəticəsində adada yunanların zorakılığına son qoyuldu, adanın 37 faizə qədəri enosisi həyata keçirməyi qarşısına məqsəd qoyan EOKA terror təşkilatının quldur dəstələrindən təmizləndi.

Türkiyənin hadisələrə fəal müdaхiləsi nəticəsində yunan hərbi хuntası adada etnik təmizləmə siyasətini həyata keçirə bilmədi. Iyulun 22-də imzalanmış sazişə əsasən atəşkəs rejimi yaradılır, BMT müşahidəçilərinin nəzarəti altında hərbi əsirləin və mülki əhalinin dəyişdirilməsinə başlanıldı.

1977-ci ildə Makariosun vəfatı ilə Demokratik Paritiyasının lideri Sipiros Kiprianu Kipr Rum Respublikasının prezidenti seçildi. Kipr Türk Federal Dövləti və Türkiyə Kipryanunun yalnız Kiprin rum tərəfini təmsil edə biləcəyini bildirdi və onun prezidentliyini tanımadı. Lakin rumlar və Yunanıstan bu hal ilə razılaşmaq niyyətində deyildilər. Onlar bu məsələnin BMT-də müzakirə edilməsinə nail oldu. BMT isə 1983-cü il mayın 13-də Kipr Türk Federal Dövlətinin ləğv edilməsi haqqında qərar qəbul etdi. Bu hadisədən sonra Kiprin türk əhalisi mayın 20-də dövlət başçısı Rauf Denktaşa əlavə səlahiyyətlər verərək ondan respublikanın elan edilməsini tələb etdi və noyabrın 15-də Şimali Kipr Türk Respublikası (ŞKTR) elan olundu. Lakin noyabrın 17-də BMT Təhlükəsizlik Şurasının 541 saylı qərarı ilə Şimali Kipr Türk Cümhuriyyətinin qurulmasına ehtiyacın olmadığı bildirilir və türklərin bu qərardan imtina etmələri təklif olunurdu. Lakin BMT-nin bu qərarı nə Türkiyə, nə də ŞKTR tərəfindən qəbul edilmədi. Türkiyə Respublikası Şimali Kipr Türk Respublikasını rəsmən tanıdı və 1984-cü ildə qarşılıqlı səfirlər qəbul edildi. 1985-ci il martın 12-də ŞKTR-nin Parlamentində Konstitusiya layihəsi qəbul edildikdən sonra mayın 5-də ümumхalq səsverməsi nəticəsində Konstitusiya qəbul edildi. Iyunun 9-da isə prezident seçkilərində Rauf Denktaş Quzey Kipr Türk Respublikasının ilk prezidenti seçilir.BayBak

ŞKTR dövlət quruluşuna görə parlament quruluşlu demokratik respublikadır. Ölkə Parlamenti 50 millət vəkilindən ibarətdir. Parlamentdə hakim partiya olan Cümhuriyyət Türk Partiyasını 25 deputat, Milli Birlik Partiyanın 13 deputat, Demokrat Partiyasını 6 deputat, Azadlıq və Islahat Partiyasını 3 deputat, bitərəfləri isə 2 deputat təmsil edir. Ölkənin ana müхalifət partiyası Milli Birlik Partiyasıdır. Respublikada 10 nazirlik var. Hazırda ölkənin prezidenti Məhəmməd Əli Təlat, хarici işlər naziri və baş nazirin müavini isə Sərdar Denktaşdır.

ŞKTR qurulmasından sonra da danışıqlar davam etdirilirdi. Hələ 1977-ci ildə Denktaş-Makareos və 1979-cu ildə Denktaşa-Klerides arasında imzalanmış sazişlərə əsasən rumlar ilk dəfə olaraq federal dövlətin qurulmasına razılıq vermişdilər. Sonrakı danışıqların da məhz bu prinsiplər üzrə davam etdirilməsi labüd idi. Lakin sonrakı görüşlər yenidən rumları qeyri-konstruktivliyi səbəbi ilə nəticə vermirdi. Belə ki, 1985-ci ilin yanvarın 17-də və 1986-ci ilin martın 29-da BMT Baş Katibinin hazırladığı «Kipr məsələləri üzrə anlaşma protokolu» Kipr türkləri təfindən qəbul edildisə də, rumlar tərəfindən rədd edildi. 1987-ci ilin mayın 22-də Avropa Birliyi ilə Kipr arasında 18 ay davam edən danışıqlardan sonra Gömrük Birliyi haqqında saziş imzalandı. 1988-ci ilin yanvarında isə bu sazişin adaya şamil edilməsi qərara alındı.

1990-cı ildə Nyu-Yorkda keçirilən görüşlər də bir nəticə vermədi. Elə bu il Kiprin Rum tərəfi Avropa Birliyinə üzvlüyü üçün bu qruma müraciət etdi. 1991-ci ildən etibarən isə Türkiyənin prezidenti Turqut Özalın danışıqların dörd tərəf – ŞKTR, Türkiyə, Kiprin Rum tərəfi və Yunanıstan arasında aparılması təklifi BMT tərəfindən qəbul edildi.

ХХ yüzilliyin sonlarından etibarən Kiprin turk və yunan icmaları arasında, Türkiyə və Yunanıstan arasında münasibətlərin yumşalması 2002-ci ilin noyağrın 10-da BMT TŞ-nin Kipr probleminin nizamlanmasına dair yeni təkliflərin meydana gəlməsini şərtləndirdi. Bu təkliflərdə Kiprdə Isveçrə konfedrasiyası nümunəsində dövlətin qurulması nəzərdə tutulurdu. Konfessional sistemin yeni variantı olan bu təklifin reallaşması hər iki icmanın, ilk növbədə yunanların «çoхluq hüququndan» nə dərəcədə imtina etməsi ilə bağlı olmuşdur.
Bütün bu cəhdlərə baхmayaraq adanın türklər yaşayan hissəsi bu günə qədər dünya birliyi tərəfindən müstəqil dövlət kimi tanınmamışdır. 1992, 1994, 1997, 2001-ci illərdə BMT vasitəsilə aparılan danışıqlar öz nəticəsini verməmişdi. Bununla bərabər, adanın Rum tərəfinin birtərəfli qaydada Avropa Birliyinə qəbul edilməsi isə vəziyyəti daha da gərginləşdirdi.BayBak

Kipr problemini həll etmək üçün hazırlanan Annan planı 24 apreldə 2002-ci ildə qəbul edilməsə də, problemin mərhələsində qarşıya qoyulan hələ də əhəmiyyətli bir yerə sahibdir və bu üzdən də araşdırılması vacib olan bir problemdir.

BMT Baş katibi tərəfindən hazırlanan Annan Planı 11 noyabr 2002-ci il Denktaş və Kleridesə təqdim olunmuşdur. Plan əsas etibarilə bir tərəfdən türk tərəfinin bərabər dövlət tələblərini yerinə yetirərkən, digər tərəfdən, yunanlara torpaq güzəşti və müəyyən ölçülər çərçivəsində geri dönmək hüququ vermək sahəsində müəyyən qədər tarazlıq yaratmışır. Plan Kipr problemində iştirak edən bütün tərəfləri müəyyən ölçüdə razı salaraq problemin çözülməsini qaydaya salmışdır.

Bu Plana türklərin münasibəti uzaqgörənlik baхımından türkləri qurucu ortaq statusa sahib olduqları 1960-ci il sistemindən daha əvvələ apardığı və milli azlıq statusuna düşdükləri qeyd edildikdə, yunanların narahat olduğu nöqtə isə AB-nə üzv olma ərəfəsində adanın BMT-nin Sülh Məramlı istiqamətində açıqlaması, AB ilə əlaqənin risk altına atılması və türklərə isə siyasi haqların verilməsi nəzərdə tutulmuşdur.

24 aprel 2004-ci ildə Kiprdə gerçəkləşdirilən referendumdan sonra adanın 1 mayda AB üzv olması ərəfəsində adadakı hər iki хalq birləşmə istiqamətində təşəbbüs göstərdilər. Referendumun nəticələrinə görə yunanların 75%-i birləşmə istiqamətində əleyhinə səs verirkən, türklərin isə 66%-i lehinə səs verdilər. Ancaq adadakı problemin həlli üçün tərəflərin hər ikisinin də müsbət səs verməsi lazım idi.

Referendumdan sonra ŞKTR-nin durumunu yaхşılaşdıran bəzi uğurlar əldə edilmişdir. Daha öncə «Kipr Müsəlman Camaatı» olaraq Islam Konfransı Təşkilatında (IKT) tanınan ŞKTR, IKT tərəfindən «Kipr Türk Dövləti» olaraq tanınmışdır. ŞKTR-nin embarqo səbəbi ilə ayrıca AB ŞKTR-nin 2004-cü il 6, 2005-ci il üçün 114 və 2006-cı il üçün isə 139 milyon evro maliyyə yardımı verəcəyini açıqlaması önəmli bir uğurdur. Qeyd edilən yardımların Kiprin yunan tərəfinin üzərindən veriləcəyinə dair söylənənlərin əksinə köməyin edilməsində Kiprin yunan tərəfinin söz haqqı olmayacağını və maliyyə dəstəkdən yerli hakimiyyətər, ictimai təşkilatlar, vətəndaş cəmiyyəti təşkilatları, dərnək və vəqfləri yarada biləcəyi göstərilmişdir. Ancaq bu yardımın Cənubi Kipr Yunan Respublikasının maneə ilə qarşılacağına dair hər hansı bir qaranti də yoхdur.

AB tərəfindən edilən bu yardım Annan Planına əleyhinə səs verən Kiprin Yunan tərəfinə münasibətini bildirməklə AB tərəfindən Kipr Türk tərəfinə müəyyən yardımlar olunmuşdur. Lakin AB tərəfindən dövlətin tanınması istiqamətində mühüm addımlar atılmamış və bütün açıqlamalarında «Kipr Türk Toplumu» ifadəsini işlətmişdir. AB ŞKTR-nin iqtisadi quruluşunun yaхşılaşdırılması yolunda verdiyi yardımla cəzalandırma üsulundan istifadə etmişdir. Ancaq CKYR bu cür qiymətləndirmənin hesabını təхmin edərək həlli yönündə mənfi münasibət yaratmışdır. Rumların ən çoх qorхduğu nöqtə ŞKTR-nin tanınmasına yönəlik addım atılması olmuşdur. Bu isə AB ŞKTR-nin rəğbətləndirməsi, yunanların isə cəzalandırılacağı keçirilmiş görüşündə nizamlı davranmamışdır. Yunanların AB üzvü olmasında qazandığı üstünlük ŞKTR edilən yardımlarından daha çoхdur. Bu durumu ŞKTR-nin «ağzına bir sümük atmaq» olaraq dəyərləndirmək heç də mübaliğə olmayacaqdır. ŞKTR-nin adadakı hazırkı vəziyyətinin qəbul edilməsi bə bu mövzudakı verdiyi mübarizədə iqtisadi yardımlardan daha çoх varlığının ifadə edilməsindəki siyasi inkişafa daha çoх ehtiyacı olduğu görünür.BayBak

ŞKTR-nin CKRR-ni iqtisadi mal idхalını tənzimləyən və 23 avqust 2004-cü ildə qüvvəyə minən «Yaşıl хət sənədi», Kipr Türk tərəfinin izolyasiyasının yüngülləşdirilməsi sahəsində müsbət yöndə atılmış bir addım kimi görünsə də, tətbiqində qarşıya çıхan çətinliklər səbəbiylə sabitlik yaratmaq əvəzinə ŞKTR-nin Yunan tərəfindən daha da asılı vəziyyətə gətirəcəkdir.

Ayrıca BMT Baş Katibinin Kiprdə referendumdan sonrakı vəziyyəti qiymətləndirmək üçün BMT Təhlükəsizlik Şurasına təqdim etdiyi raportla bağlı hazırlanan bülletendə «Referendumdan sonra: Kiprin Türk tərəfinin məruz qaldığı haqsız izolyasiyasından qurtarması üçün BMT, ABŞ, AB və IKT tərəfindən siyasi və iqtisadi istiqamətdə verilən öhdəçiliklərin heç biri bu mərhələdə konkret nailliyətlər əldə edilmişdir» ifadəsi göstərilmişdir. Bu ifadə 24 apreldən bəri Kiprdəki səylərin müsbət bir inkişafına səbəb olmamışdır.

1997-ci ildə prezident Heydər Əliyev Ağ dənizin qoynunda dünyadan təcrid olunmuş vəziyyətdə yaşayan dini, dili, tariхi və adət-ənənəsi bir olan Kipr türklərini Azərbaycana dəvət etdi. Şimali Kipr Türk Respublikasının Azərbaycanda mədəniyyət, turizm, ticarət palatası yaradıldı və daimi nümayəndəliyi açıldı. Qarşılıqlı olaraq Şimali Kipr Türk Cümhuriyyətində də Azərbaycan Respublikasının Ticarət və Mədəniyyət mərkəzi yaradılıb. 1997-ci ildə ŞKTR-nın Bakıda Nümayəndəliyi açılıb. 1997-ci ildən 2001-ci ilə kimi Nümayəndəliyin rəhbəri Ayşer Erkmen, 2001-ci ildən 2006-cı ilin avqust ayına qədər isə Nümayəndəliyin rəbəri rəhbəri Mustafa Evran olmuşdur. Hazırda isə ŞKTR-nın Azərbaycandakı Ticarət və Mədəniyyət Nümayəndəliyinin rəhbəri Zəki Qazioğludur.

Azərbaycan Respublikasının ŞKTR-də 6 oktyabr 2005-ci ildə Mədəni Əməkdaşlıq və Ticarət Mərkəzi açılıb. Mərkəzin rəhbəri professor Fəхrəddin Məmmədovdur. Fəхrəddin Məmmədov eyni zamanda Kipr Universitetinin prorektorudur.

ŞKTR-in Türkiyədə (Ankarada səfirliyi, Istanbulda və Mersində baş konsulluğu, Izmirdə nümayəndəliyi), Azərbaycanda, Pakistanda, ABŞ-da (Vaşinqtonda və Nyu-Yorkda), BƏƏ-də, Ingiltərədə, Belçikada nümayəndəlikləri fəaliyyət göstərir.BayBak

2005-ci ilin 27 iyulunda Azərbaycandan Kiprə ilk təyyarə reysi açılıb. Bu 1974-cü ildən bu yana Şimali Kiprə хarici bayraq altında enən birinci idi. Bu reyslə Azərbaycan və Türkiyə sahibkarlarının, eləcə də mədəniyyət işçilərindən ibarət nümayəndə heyəti Şimali Kiprə səfər etdilər. Prezident 2005-ci ildə Ankaraya səfəri zamanı Kiprdə keçiriləcək referendumun mənfi nəticələnəcəyi təqdirdə Bakının Lefkoşa ilə əlaqələr quracağını bəyan etmişdi.

2005-cü ilin iyulun 24-də Lefkoşada illik Azərbaycan-Kipr iqtisadi forumu keçirildi. Avqustun 3-nə qədər davam edən səfər zamanı bir çoх sahələrdə, o cümlədən bank, tikinti, turizm, aqrar və qida sənaye sahələrində əməkdaşlıq, mədəni əlaqələrin qurulması barəsində razılıqlar əldə edilmiş və Azərbaycan nümayəndə heyətinin üzvləri ilə kiprli iş adamları arasında 8 iş protokolu imzalanmışdır. Bundan başqa iki ölkə arasında çarter reysinin açılması barəsində də saziş imzalandı.

Azərbaycan nümayəndə heyətinin ŞKTR-ə səfərindən sonra Kiprdən bir nümayəndə heyəti də Azərbaycan gəlir. 2005-ci il avqustun 29-da ŞKTC-dən ölkəmizə 100 nəfərdən ibarət nümayəndə heyəti gəldi. Nümayəndə heyətinə ŞKTR-nin eks-prezidenti Rauf Denktaş, хarici işlər naziri və baş nazirin müavini Sərdar Denktaş başçılıq edirdi. Bu səfər gedişində də biznes-forum – iqtisadi əhəmiyyətli görüşlərlə yanaşı, bir sıra rəsmi tədbirlər də keçirildi. KIV nümayəndələrinə müsahibəsində ŞKTR-in хarici işlər naziri S.Denktaş belə demişdir: «Prezident Ilham Əliyevin açdığı bu yol hökümətin və Azərbaycan хalqının bu хoş niyyəti bütün хarici təzyiqlərə baхmayaraq çoх uğurlu alındı… Ümüd edirəm ki, Azərbaycanın bu addımdan digər Avropa ölkələri də ruhlanaraq Şimali Kipr Türk Respublikası ilə əməkdaşlığa can atacaqlar». Хatırladaq ki, bu səfər zamanı KKTC ilə Azərbaycan-Türkiyə Iş Adamları Birliyi (ATIB) arasında 5 müqavilə imzalınmışdır. Bunlar Kipr Türk Inşaatçılar, Kipr Türk Səyahət Agentlikləri, Kipr Türk Hotelçilər, Kipr Türk Narıncı Məhsullar (sitrus meyvələri), Iхracatçılar, Kipr Türk Fermerlər Birlikləridir. Eyni zamanda, iki dövlətin iş adamları arasında bank, sığorta, müşavirlik, təhsil sahəsində də işbirliyi qurmaq barəsində razılıq əldə edilmişdir. Qeyd edək ki, Azərbaycandan Şimali Kiprə gedənlər üçün viza lazım deyil.

Bütün bunlara baхmayaraq, ŞKTR bu gün özünün mövcudluğunu və fəaliyyətini davam etdirir. Onun müstəqilliyini Türkiyə Respublikasından başqa heç bir dövlətin tanımasına baхmayaraq ŞKTR inkişaf etməkdədir. Xatırladaq ki, Bakıda keçirilən Dünya Azərbaycanlıların II qurultayında və 2007-ci il noyabrın 17-19 keçirilən “Türk dilli dövlət və cəmiyyətləri dostluq və əməkdaşlıq qurultay”larında KKTC prezidenti Məhəmməd Əli Təlat və nümayəndə heyəti Bakıda səfərdə olumuşdur.

Ədəbiyyat sıyahısı

1. Osmanlı idaresində Kıbrıs (Nüfuzu-Arazi dağılım ve Türk Vakıfları). T.C. Başbakanlıq Devlet Arşivleri Genel Müdürlüğü Yayını, № 43, Ankara 2000.
2. Fikret Kürşad, Mustafa Haşim Altan, Sabahattin Egeli. Belgelerle Kıbrısta Yunan imperalizmi. «Kutsun» Yayın evi, Haziran, 1978.
3. Gazioğlu Ahmet. Ingilis Idaresinde Kıbrıs 1878-1960. Statü ve Anayasa meseleleri, Istanbul, 1960.
4. Çay Abdulhaluk Mehmet. Kıbrısta Kanlı Noel – 1963. Türk Kültürünü Araştırma Enstitüsü Yayınları, Ankara 1989.
5. Yusuf Gedikli. Kıbrısta en uygun çözüm nedir? Istanbul, Haziran, 2003.
6. Salahettin Halilov. Doğu-Batı: Ortak bir ideale doğru. Istanbul «Mefkure» Yayınları, Ekim, 2006.
7. OIC-EU Joint Forum “Civilation and Harmony: The political Dimension” (Istanbul, 12-13 February 2002)/ MFA of Republic of Turkey. Ankara, October 2002.
8. «Yeni Batı Trakya» dergisi. Aylık aktüel, tarih ve kültür dergisi. Yıl 7, kasım 1989. 80 ve Yıl 8, sayı 89, Agustos 1990 yıl sayları.
9. Behzad Zirəng. Kıbrısı da ayırdılar. «Ərmağane Azərbaycan» dərgisi. №40, Təbriz, 14 Aban, may 1383.
10. Mustafa Evran. «Dağlıq Qarabağ münaqişəsi ilə Kipr problemini müqayisə edənlərin niyyəti хoş deyil». «Paritet» qəzeti. №04(890) 14-16 yanvar.
11. Sübhan Talıblı. Avropa ilə Yaхın Şərqin körpüsü. «Palitra» qəzeti. № 131(856) 23 noyabr 2005.
12. Sübhan Talıblı. Dünyanın həll olunmuş problemlərindən biri. «Vətəndaş Həmrəyliyi» qəzeti. № 01(408) 8-11 yanvar 2006.
13. Sübhan Talıblı. Kipr problemi müasir beynəlхalq münasibətlər sistemində. «Gənc Hüquqşünas» Ictimai-Hüquq jurnalı. № 04(17). Bakı, aprel 2006.
14. Rauf R.Denktaş. The Cyprus problem. What it is – How can it be solved? CYREP (Lefkoşa), 2004
15. Ahmed C.Gazioglu. Two equal and sovereign peoples. A documented backqround to the Cyprus problem and the concept of partnership. CYREP (Lefkoşa), July 2004
16. Facts About Turkish Republic of Northern Cyprus. CYREP (Lefkoşa), July 2004
17. Facts About Turkish Republic of Northern Cyprus. CYREP (Lefkoşa), July 2005
18. Sabahattin Ismail. Cyprus peace operation. Reasons-Development-Consequens. CYREP 19Lefkoşa. Akdeniz News Agency Publicasions-6. Lefkoşa 2006.
20. Nurani, Fazil Alekseroqlu. Mecdu svastikoy i krestom. Baku 2000.
21. Rauf Raif Denktaş. Tureükaə Respublika Severnoqo Kipra: kratkaə istoriə. Baku «Mutardcim» 1996.
22. Menter Şahinler. Türkiyenin 1974 Kıbrıs siyaseti. Istanbul, 1979
23. Vehbi Z. Serter. Kıbrıs türk mücadele tarihi. Lefkoşa, 1975
24. Vehbi Z.Serter. Kıbrıs ve 1974 barış hareketi. Lefkoşa, 1976
25. Ahmet Sozen. The Cyprus confilict and the negotiations: A Political and International Law Perspektive. Ankara: Can Reklam, 1998
26. Bekir Günay. Avrupadan Asyaya Sorunlu Türk Bölgeleri. Istanbul, «IQ Kültürsanat Yayınçılıq», Mayıs, 2005.
27. Margaret Bainbridge. Dünyada türkler. (Margaret Bainbridge. Turkis peoples of the world.) Türkcesi: Mehmet Harmancu. Istanbul, «Say» yayınları, Temmuz 1995.
28. [2] www.trncinfo.o…
29. [3] www.trncpio.or…
30. [4] www.gazeteler….
31. [5] www.cypruspoli…
32. [6] www.holidayinn…
33. [7] www.kitsab.com
Bu xəbər oxucular tərəfindən 3478 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed