Şrift:
Fərəc Quliyev: Dövlət qurmamışıq ki, onun satılmasına göz yumaq (video)
28.01.2019 [11:54] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
MDHP sədribəzi qüvvələrin son günlər aktivləşməsinin məqsədləri və gizlinləri barədə açıqlamalar verib



Azad Azərbaycan Televiziyasının “ATV Aktual” verilişinin 25.01.2019 tarixli yayımında ölkəmizdə dövlətçiliyə qrşı açıq mövqe sərgiləyən bəzi qüvvələrin son günlər aktivləşməsi və keçirdiyi mitinqlərlə bağlı müzakirələr aparılıb. Müzakirələrə müxalifət partiyasının lideri kimi dəvət olunan Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev proseslərin mahiyyəti, məqsədləri və gizlinləri barədə maraqlı açıqlamalar verib və bununla bağlı partiyanın yaydığı bəyanatdan danışıb. Partiya sədri bildirib ki, biz 1990-cı illərdə Sovet İmperiyasına qarşı radikal mübarizə aparanda, radikal davranışların yaratdığı təhlükələrdən qorxduqları üçün özlərini "demokrat" adlandırıb kənara çəkilənlər, indi həmin mübarizənin nəticəsində yaranmış öz dövlətimizə qarşı radikal mübarizə yolunu seçiblər ki, bu da verilən meydandan sui istifadə etməkdir. O bu davranışı, demokratiya adı altında ölkədə idarə olun xaos yaratmaq istəyən xarici qüvvələrin aləti olmaq adlandıraraq bəyan edib ki, biz böyük mübarizə və on minlələ Şəhid hesabına dövlət qurmamışıq ki, indi onu yıpratmaqla, satmaqla məşğul olanlara göz yumaq, ona görə də hüquq mühafizə orqanları və ictimaiyyət bu məsələdə sərt şəkildə ortaya mövqe qoymalıdır.

F.Quliyevin həmin verilişdəki açıqlamalrının və şərhərinin videosunu təqdim edirik:

Bu xəbər oxucular tərəfindən 1498 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed