Şrift:
İranda bank fırıldağına görə 4 nəfər edama məhkum edildi
01.08.2012 [14:04] - Güney Azərbaycan xəbərləri
İranda ölkə tarixində indiyə qədər misli görünməmiş miqyasda bank fırıldaqçılığı ilə bağlı işə baxan məhkəmədə müttəhimlərdən dördünə ölüm cəzası kəsilib.

Məhkəmə bu ilin fevral ayında başlayıb. Məhkəmə tərəfindən araşdırılan bank fırıldaqçılığının miqyası 2.6 milyard ABŞ (Amerika Birləşmiş Ştatları) dolları məbləğində dəyərləndirilir, iş üzrə ittihamlar 39 nəfərə qarşı irəli sürülüb.

Həbs olunanlar İran banklarından ölkə tarixində ən yüksək məbləği oğurlamaqda təqsirləndirilirlər.

Məhkəməsi gedən şəxslər saxta sənədlər təqdim etmək yolu ilə dövlət müəsissə və şirkətlərin özəlləşdirilməsi üçün bank kreditlərinin (vam, etibar) təmin edilməsi fırıldağında iştirak etməkdə ittiham olunurlar.

Reuters agentliyinin məlumatında sözü gedən fırıldaq bank əməliyyatlarının siyasi elitaya (zümrə) yaxın fiqurların iştirakı yaxudda onların icazəsilə həyata keçirildiyi iddia edilir.

Qeyd olunduğu kimi, bu fırıldaqçılıq işilə bağlı məhkəməsi gedən 39 müttəhimdən 4 nəfərə ölüm cəzası kəsilib.

Bunu İRNA agentliyinə İranın Baş prokuroru Qulamhüseyn Möhseni-Əcəyi bildirib.

Bank fırıldaqçılığı işi üzrə daha iki nəfər ömürlük həbs cəzasına məhkum edilib, qalanları isə maksimal həddi 25 ilədək olan müxtəlif müddətli həbs cəzalarına məhkum olunublar.

Nə Baş prokuror, nə də ki İran mətbuatı müttəhimlərin adını açıqlamır.

Dövlət televiziyası məhkəmə prossesindən reportajlar (quzarişlər) versədə, müttəhimlərin üzü televiziya verilişlərində göstərilməyib.

İran mediasına əsasən, sözü gedən bank fırıldağının əsas təşkilatçısı və aparıcı siması olmaqda biznesmen Əmir Mənsur Xosrəvi təqsirləndirilir.
Bu xəbər oxucular tərəfindən 1241 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed