Şrift:
“Sepah” Dəməşq hava limanında yerləşən hərbi bazasını boşaldır
09.02.2019 [10:56] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
“Rusiya Əl- Yaum” xəbər kanalının məlumatına görə, “Sepah” Dəməşq hava limanında yerləşən hərbi bazasını boşaldır.

Kanalın məlumatında bazanın Suriyanın Homs vilayətinin şərqində yerləşən “T4” hərbi aerodromuna köçürüləcəyi bildirilir.

İsrailin “Haartz” qəzeti də son günlər “Sepah”ın Dəməşq hava limanında yerləşən bazasını Homs və Palmira arasında yerləşən “T4” hərbi aerodromuna köçürməklə bağlı hazırlıq işləri apardığı barədə məlumat yayıb. “T4” hərbi aerodromı 2018-ci ilin fevral və may ayları ərzində azı 2 dəfə İsrail Hərbi Hava Qüvvələrinin hücumuna məruz qalıb.

Məlumatda bildirilir ki, Dəməşq hava limanında yerləşən və daha çox “şüşəli ev” kimi məşhur olan bu bazadan “Sepah” Suriyada keçirdiyi əməliyyatları idarə etmək üçün istifadə edirdi. Eləcə də, bazanın zirzəmisində silah anbarı və gizlənmə yerlərinin də olduğu qeyd edilir.

Xatırladaq ki, İsrail bir neçə ildir “Sepah”ın Suriyada yerləşən bazalarına qarşı hava hücumları təşkil edir. Son belə hücum yanvar ayında baş tutmuş və azı 14 “Sepah” üzvü həlak olmuşdu. Dəməşq hava limanında yerləşən baza da İsrailin əsas hədəfə aldığı mərkəzlərdən biri olduğuna görə, “Sepah”ın İsrailin hücumlarından yayınmaq üçün bu bazanı köçürdüyü istisna deyil.
Bu xəbər oxucular tərəfindən 405 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed