Şrift:
Xamneyi müharibə hazırlığı əmri verdi
02.08.2012 [11:11] - Hərb
İran yaxın iki həftə ərzində baş verəcək müharibəyə hazırlaşır.İsrail kəşfiyyatına yaxınlığı ilə seçilən “DEBKA files”qəzeti belə bir iddia ilə çıxış edib. Məlumata görə, İranın dini lideri Ayətullah Əli Xamneyi iyulun 25-də cümə namazından əvvəl ölkənin yüksək rütbəli hərbi məmurları ilə bir araya gələrək onlara müharibəyə hazırlıq tapşırığı verib. Toplantıya müdafiə naziri Əhməd Vahidi, ali dini liderin hərbi müşaviri general Yahya Rahim Səfəvi, general Həsən Firuzabadi, eləcə də hava, quru və dəniz qüvvələrinin komandanları qatılıb. Dini liderin hərbi rəsmilərə tabeliklərində olan qüvvələrin mövcud imkanları və hazırlıqları barədə rapor hazırlamalarını tələb edib.
Bu xəbər oxucular tərəfindən 1419 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed