Şrift:
Bakıda Təbriz gecəsi keçirilib
04.08.2012 [14:09] - Gündəm, Mədəniyyət
Müqəddəs Ramazan ayı münasibətilə Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin təşkilatçılığı ilə Təbriz-Qaradağ aşıqlarının, ozanlarının möhtəşəm gecəsi keçirilib.


Gecədə “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin sədri, millət vəkili Qənirə Paşayeva, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu, folklorşünas Elxan Məmmədli, Təbriz Qaradağ aşıq, ozan sənətinin ən mahir ifaçıları iştirak edib.

Millət vəkili Qənirə Paşayeva ilk öncə hər kəsi salamladı : “ Mən bir neçə dəqiqə bundan öncə Təbrzdən gələn qardaşlarımızın, aşıqlarımızın Yaşa! Yaşa Azərbaycan deməsinə çox duyğulandım və onların Yaşa, Yaşa Azərbaycan deyən dilləri, ürəkləri var olsun deyirəm. Biz bu gecə məhz anamız Təbrizin adını daşıyır. Azərbaycan sözünü ümumiyyətlə Təbrizsiz düşünmək mümkün deyil. Çünki Təbriz bizim köklərimiz, Təbriz bizim qəhrəmanlıq tariximiz, Təbriz bizim musiqimizin, mədəniyyətimizin beşiyidir. Yəni Təbrizin millətmizin tarixində misilsiz xidmətləri olan bir şəhərdir, bir paytaxtdır. Ona görə də bu gecə Təbriz adını daşıyır və bizim hər birimiz onun adının ətrafına yğışmışıq. Bu gün bu gözəl sənətçilərimiz, ozanlarımızdır ki, millətin ruhunu, millətin tarixini, millətin yaddaşını bu günə qədər gətirib çıxardan ən böyük gücə malik olan saz-söz sənətimizi yaşadıb, inkişaf etdirirlər. Saz və söz sənətimizin daxilində hər şey var : milləti ruhu, millətin kimliyi və tarixi.... Onun üçün də mütləq bu mədəniyyətimizi, sazımzı, sözümüzü və muğamlarımızı yüksək səviyyədə qoruyub, nəsildən-nəsilə ötürməliyik. Saz və sözün qüdrətinin altında Bakı Təbrizə birləşir, Borçalı Dərbəndə birləşir və bütün türk dünyası birləşir. Yəni bu elə bir gücdür ki, o idealogiyasından, dinindən, inancından asılı olmayan hər bir azərbaycanlını, hər bir türkü öz çətiri altında birləşdirmək gücünə malikdir. Biz bu gücün gecəsinə toplaşmışıq. “.

Tədbirin sonunda Təbriz-Qaradağ aşıqlarına “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB- yi tərəfindən plaket və hədiyyələr təqdim edildi.
Bu xəbər oxucular tərəfindən 1414 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed