Şrift:
Sabah Bakıda 38 dərəcə isti gözlənilir
04.08.2012 [14:16] - Gündəm
Bazar günü Bakıda və Abşeron yarımadasında 33-38 dərəcə isti proqnozlaşdırılır


Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən günəşli keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 22-26, gündüz 33-38 dərəcə isti təşkil edəcək.

Abşeronun çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 25-26, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27, Türkan, Hövsan, Şıx, Sahildə 27-28 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25, gündüz 33-38, bəzi yerlərdə 40, dağlarda gecə 13-18, gündüz 25-30 dərəcə isti olacaq.
Bu xəbər oxucular tərəfindən 1231 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed