Şrift:
Sabah İranda saxlanılan şairlərimizin məhkəməsi olacaq
06.08.2012 [14:13] - Gündəm
Artıq Fərid Hüseyn və Şəhriyar Hacızadənin ailə üzvləri Təbrizə yollanıblar

Sabah İranda saxlanılan azərbaycanlı şairlər Fərid Hüseyn və Şəhriyar Hacızadənin məhəkəməsi keçiriləcək. Artıq Fərid və Şəhriyarın ailə üzvləri Təbrizə yollanıblar. Onlar gənclərlə görüşüblər.

Görüşün təfərrüatları barədə Fərid Hüseynin əmisi Ağalar Hüseynov məlumat verib. "Hər şey öz qaydasındadır. Heç bir problemləri yoxdur. Hər şey sabah məhkəmədə məlum olacaq", - deyə Ağalar Hüseynov bildirib.
Bu xəbər oxucular tərəfindən 1150 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed