Şrift:
İranın Bakıdakı səfirliyi qarşısında piket keçirilib
07.08.2012 [12:04] - Gündəm
İranda həbs olunmuş azərbaycanlı şairlərin azad edilməsi tələbi ilə bu ölkənin Bakıdakı səfirliyi qarşısında piket keçirilib. Aksiyada müxtəlif KİV-ləri təmsil edən onlarla jurnalist iştirak edib.

Aksiya iştirakçıları bildiriblər ki, piketin keçirilməsində məqsəd beynəlxalq təşkilatların və ictimaiyyətin diqqətini 3 aydan artıqdar ki, İranda həbsdə saxlanılan azərbaycanlı şairlər Fərid Hüseyn və Şəhriyar Hacızadənin sabah keçiriləcək məhkəməsinə yönəltməkdir. Piketçilər aksiyanın qətnaməsini oxuyublar və onu səfirliyə təqdim ediblər. Polis aksiyanın keçirilməsinə mane olmayıb.
Bu xəbər oxucular tərəfindən 1243 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed