Şrift:
Murtuz Ələsgərovla vida mərasimi keçirildi
08.08.2012 [17:25] - Gündəm
Mərasimlə əlaqədar paytaxtın bəzi küçələrində avtomobillərin hərəkəti məhdudlaşdırılıb

Şəhriyar adına Mədəniyyət Mərkəzində Milli Məclisin sabiq spikeri, professor Murtuz Ələsgərovla vida mərasimi keçirilib.

Vida mərasimi ilə əlaqədar Rəşid Behbudov, Üzeyir Hacıbəyov və Zərifə Əliyeva küçələrində avtomobillərin hərəkəti məhdudlaşdırılıb. Mərhumun cənazəsi öncə Mədəniyyət Mərkəzinə gətirilib. Vida mərasimində mərhumun ailə üzvləri, yaxınları, Milli Məclisin üzvləri, Ombudsman Elmira Süleymanova, hökumət təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Azərbaycanın tanınmış ictimai-siyasi xadimi, Milli Məclisin keçmiş spikeri Murtuz Ələsgərov ötən gün 84 yaşında vəfat edib. O, uzun sürən xəstəlikdən sonra Mərdəkanda, bağ evində dünyasını dəyişib.

ALLAH RƏHMƏT ELƏSİN
Bu xəbər oxucular tərəfindən 1223 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed