Şrift:
Bu il güc strukturları 59 nəfəri itirib
09.08.2012 [13:11] - Hərb
Dünyasını dəyişənlərin 53-ü Müdafiə Nazirliyinin hərbi qulluqçularıdır



Azərbaycanın təhlükəsizlik və müdafiə sektorunda baş verən insan itkiləri ilə bağlı “Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzi kütləvi informasiya vasitələri üzərində monitorinq aparıb. Araşdırmanın nəticələrinə görə, 2012-ci ilin başlanğıcından avqustun 7-dək ölkənin təhlükəsizlik və müdafiə sektorunda 59 nəfər həlak olub, 59 nəfər yaralanıb və ya xəsarət alıb. Müvafiq dövrdə dünyalarını dəyişənlərin 12-si döyüş (erməni gülləsi), 2-si mina, 1-i əməliyyat, 44-ü isə qeyri-döyüş itkiləridir.


6 nəfər bədbəxt hadisədən (dəm qazından boğulma, elektrik cərəyanı vurma, üzərinə beton düşmə, suda boğulma, yıxılma), 6 nəfər avtoqəzadan, 1 nəfər naməlum səbəbdən, 5 nəfər ehtiyatsızlıqdan, 8 nəfər qeyri-nizamnamə hərəkətlərindən, 7 nəfər xəstəlikdən dünyasını dəyişib. 11 nəfər intihar edib (güllələnmə). Dünyasını dəyişənlərin 53-ü Müdafiə Nazirliyinin, 4-ü Dövlət Sərhəd Xidmətinin, 1-i Daxili Qoşunların, 1-i isə Milli Təhlükəsizlik Nazirliyinin hərbi qulluqçusudur.


Yaralıların və xəsarət alanların sayı 59 nəfərdir. Onların 12-si qeyri-nizamnamə hadisələrindən (o cümlədən ehtiyatsızlıqdan), 11-i erməni gülləsindən, 6 nəfəri mina partlayışından, 1-i xəstəlikdən, 6-sı bədbəxt hadisədən (donvurma, qonşusunun bıçaq yarası, üzərinə beton düşmə), 3-ü əməliyyat tədbirlərində, 20-si isə avtoqəza nəticəsində yara və ya xəsarət alıb. 54 nəfər Müdafiə Nazirliyinin (o cümlədən 2 nəfər Ali Hərbi Məktəbin kursantı), 4 nəfər Milli Təhlükəsizlik Nazirliyinin hərbi qulluqçusu, 1 nəfərsə FHN Akademiyasının müdavimidir.



P.S. Dünən Milli Ordunun daha bir əsgəri özünü güllələyərək intihar edib.
Bu xəbər oxucular tərəfindən 2048 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed