Şrift:
İzmirdə PKK terroru nəticəsində yaralanan hərbçilərin sayı 30-a çatıb
09.08.2012 [13:42] - Gündəm
PKK terror təşkilatının İzmirin Foca məhəlləsində hərbi maşını partlatması nəticəsində yaralananların sayı 30 nəfərə çatıb.
Bu barədə “TRT Haber” kanalı məlumat yayıb. Yaralılar əvvəlcə Foca dövlət xəstəxanasına çatdırılsalar da, sonradan vəziyyəti daha ağır olan altı hərbçi Ege Universitetinin Tibb Fakültəsinin reanimasiya şöbəsinə aparılıb. Həkim nəzarətində olan həmin yaralıların vəziyyəti orta ağır olaraq qalır.
Qeyd edək ki, terror aktı gerçəkləşdikdən az sonra yayılan ilk xəbərlərdə partlayış zamanı 1 hərbçinin şəhid olduğu, 4 hərbçinin yaralandığı bildirilirdi. Terror aktı bir qədər əvvəl gerçəkləşdirilib. Hərbi maşın yoldan keçən zaman yerə basdırdıqları minanı uzaqdan idarəetmə yolu ilə işə salan terrorçular daha sonra maşına atəş açmağa başlayıblar.
Bu xəbər oxucular tərəfindən 1051 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed