Şrift:
Səudiyyə Ərəbistanından İsrailə gözlənilməz xəbərdarlıq
11.08.2012 [15:10] - Gündəm
Ər-Riyad İranı vurmaq üçün hava sahəsindən keçəcək İsrail təyyarələrini vuracağını bildirib.

Ər-Riyad İsrailin İranı vurmaq üçün Səudiyyə Ərəbistanının hava sahəsindən istifadə etməsinə imkan verməyəcək.

Səudiyyə Ərəbistanı rəhbərliyi İranı vurmaq üçün hava sahəsindən keçəcək İsrail təyyarələrinin vurulacağını açıqlayıb.

"Yedioht Ahronot" qəzetinin xəbərinə görə, Səudiyyə Ərəbistanı bu mövqeyini ABŞ (Amerika Birləşmiş Ştatları) vasitəsilə İsrailə çatdırıb. Təhdidin ABŞ tərəfindən çatdırılmasına diqqət çəkən İsrail rəsmiləri isə Vaşinqtonun bu mesajla İsraili təkbaşına əməliyyat keçirmək fikrindən daşındırmağa çalışdığını bildirirlər.

Bəzi mənbələrə görə isə, Amerika istehsalı olan təyyarələrdən istifadə edən Səudiyyə Ərəbistanı yalnız İrana hücum ABŞ-la koordinasiya (həmahəngi) içərisində həyata keçiriləcəyi təqdirdə İsrail təyyarələrinin hava sahəsindən keçməsinə icazə verəcək.
Bu xəbər oxucular tərəfindən 841 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed