Şrift:
Azərbaycanlı fəallar paniranistlərin loqosunu yandırdığına görə Ettelaat İdarəsinə çağırılıb- Marağada
08.05.2019 [11:36] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanın Marağa şəhərində bir neçə azərbaycanlı fəal Ettelaat İdarəsinə çağırılıb.

Ötən günlərdə azərbaycanlı fəallar “Ciloluq” faciəsi zamanı azərbaycanlıların ermənilər tərəfindən qətliam edilməsi və ermənilərin qondarma “erməni soyqırımı” haqda yalan iddialarına etiraz olaraq işğalçı Ermənistanın bayrağını qaralayıb və paniranistlərin loqosunu yandırıblar.

Bununla əlaqədar Davud Əzimzadə, Hamid Yeganəpur, Əli Yəzdani və Muxtar İbrahimi Ettelaat İdarəsinə çağırılaraq sorğu-suala tutulub, fəallar dindirildikdən sonra sərbəst buraxılıb.

Azərbaycanlı fəallar Ettelaat-da etdikləri hərəkəti təkrar edəcəkləri təqdirdə həbs olunmaqla təhdid edilib.

Şovinizm mövqeləri ilə tanınan paniranistlər ariyayi (ari) irqinin üstün olduğuna inanır, onların loqosu da bu əsasda dizayn edilib. Paniranist qüvvələrin siyasi mövqeyi işğalçı Ermənistandan yanadır.

İran Azərbaycanın 20 faiz torpaqlarını işğal altında saxlayan Ermənistana bütün sahələrdə yardım göstərir. Bu məsələ hər zaman güney azərbaycanlılar tərəfindən etirazla qarşılanıb.

N.S
Bu xəbər oxucular tərəfindən 417 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed