Şrift:
Hakimin qərəzli qərarları “Traxtur”-“Pars Cənubi Cəm” görüşündə də təkrar olundu
13.05.2019 [12:42] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Təbrizin “Traxtur” futbol klubu mayın 11-i yerli vaxtla saat 21:30-da “Pars Cənubi Cəm” komandasını səhənd stadionunda qəbul edib.

18-ci super liqa yarışlarının 29-cu həftəsində keçirilən görüş 1:1 bərabər hesabla yekunlaşıb. İman Səlimi 22-ci dəqiqədə “Traxtur” və Ruhulla Seyfullahi 78-ci dəqiqədə “Pars Cənubi Cəm” üçün qol vurublar.

Ruhulla Seyfullahinin vurduğu qol hakim Rza Adil tərəfindən “Traxtur”un qapısına təyin olunan şübhəli penaltinin nəticəsində mümkün olub.

Oyundan sonra jurnalistlərə danışan “Traxtur”un baş məşqçisi Corc Likenz hakimin verdiyi penalti qərarının yanlış olduğunu bildirib. Səhnəni canlandırmağa çalışan baş məşqçi bu qərar üçün əsas olmadığını vurğulayıb.

Mövzu ilə bağlı geniş danışmaq istəmədiyini deyən baş məşqçi “Nəssaci” və daha bir neçə komanda ilə görüşdə “Traxtur”un xeyirinə penalti qərarları verilmədiyindən də şikayətlənib. O vurğulayıb ki, “Zob ahən” və “Perspolis”lə görüş zamanı və ondan sonra “Traxtur”un əleyhinə müəyyən hadisələr baş verdi və bütün bunlar komandanın oyunlarına təsir etdi.

Corc Likenz bütün problemlərə rəğmən komandanın gələcəyi üçün çatışmazlıqları kəşf edərək irəli baxmağı məsləhət görüb.

Qeyd edək ki, super liqa yarışlarının yekunlaşmasına bir neçə həftə qalmış İran Futbol Federasiyası və İdman Nazirliyinin Azərbaycan klubuna qarşı ssenarisi işə düşdü. “Sepid rud”la görüşdə qapıçı Möhsün Fruzanın xəyanəti ilə başlayan problem sonra hakimlərin verdiyi qərəzli qərarlarla daha da ciddiləşdi. Hakimlərin son bir neçə görüşdə “Traxtur”un əleyhinə verdiyi yanlış qərarlar artıq hər kəsə aydındır. Bütün bunların Azərbaycan komandasının çempion olmasına yönəldiyi kimsədə şübhə doğurmur.

N.S
Bu xəbər oxucular tərəfindən 21 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed