Şrift:
İranda saxlanılan şairlərimizin məhkəmə prosesi sabah davam edəcək
14.08.2012 [14:19] - Gündəm
Buunla bağlı Fərid Hüseyninin və Şəhriyar Hacızadənin ailə üzvləri Təbrizə yola düşür


İranda naməlum səbəbdən saxlanılan azərbaycanlı şairlərin məhkəmə prosesi sabah davam edəcək. Məhkəmədə iştirak etmək üçün Fərid Hüseyninin və Şəhriyar Hacızadənin ailə üzvləri Təbrizə yola düşür.

Bu barədə Şəhriyarın atası Mayıl Hacızadə məlumat verib. "Şəhriyarın dayısı Ağalar Hüseynovla birlikdə İranın Təbriz şəhərinə gedirik. Sabah günün birinci yarısında şairlərin məhkəməsi olacaq, inşallah. Azərbaycanın baş konsulu Əli Əliyev bizim üçün maşın da ayırıb. Eyni zamanda məhkəmədə bizimlə birgə kosulluğun bir neçə nümayəndəsi də iştirak edəcək. Sabah inşallah xoş müjdələr gözləyirik", - deyə Mayıl Hacızadə bildirib.

Xatırladaq ki, şairlərimiz bu ilin may ayının 2-də İranda şeir festivalında iştirak edərkən saxlanılıblar.
Bu xəbər oxucular tərəfindən 1073 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed